
Bəzi tarixlər vardır ki, onları sadəcə təqvimdə qeydolunan gün kimi qəbul etmək mümkün deyil. 20 Sentyabr da belə tarixlərdəndir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü xalqımızınyaddaşında Vətənə bağlılığın, milli birliyin və tarixiZəfərin rəmzi olaraq xüsusi yer tutur. Bu şəhərlərin adıillər ərzində hər bir azərbaycanlının dilində həsrətləçəkilib, onların görüntüsü insanların yaddaşındaqorunub, doğma torpaqlara qayıdış arzusu nəsildən-nəslə ötürülüb. Qarabağın uca dağları, yaşıl yamacları, qədim yaşayış məskənləri və tarixi izləri Azərbaycanxalqının mənəvi yaddaşının ayrılmaz hissəsidir. Butorpaqlar uğrunda canından keçən şəhidlərimizinxatirəsi isə hər zaman ehtiramla yad edilir. Onlarınmüqəddəs ruhu qarşısında ən böyük borcumuz azadedilmiş torpaqları qorumaq, burada davamlı və firavanhəyat qurmaqdır. Bu gün Xankəndidə Azərbaycanbayrağının dalğalanması, Xocalıda həyatın yenidəncanlanması, Xocavənddə və Ağdərədə quruculuqişlərinin geniş vüsət alması xalqımızın illərlə gözlədiyiböyük dəyişikliklərin canlı ifadəsidir. Qarabağınsükutu artıq həsrətin deyil, yeni həyatın sükutudur; busükutu yolların, tikintinin, məktəblərin və insanlarınsəsləri pozur.
Azərbaycan dövləti Qarabağda yalnız şəhərləri bərpaetmir, burada yeni həyatın təməlini qoyur. Zamanınizlərini daşıyan məkanlar müasir görkəm alır, yeniyollar və kommunikasiya xətləri yaradılır, insanlarınrahat və təhlükəsiz yaşaması üçün geniş imkanlarformalaşdırılır. Ən əsası isə bu torpaqlar öz insanlarınaqovuşur. Bir zamanlar doğma evlərinin açarını illərləqoruyub saxlayan insanlar bu gün həmin açarlayenidən öz yurdlarının qapısını açmaq sevinciniyaşayırlar. Bu mənzərə Azərbaycan tarixinin ən təsirlisəhifələrindən biridir. Qarabağın yenidən qurulmasıyalnız maddi inkişaf deyil, həm də milli ruhundirçəlişidir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərəşəhərlərinin hər birində qurulan yeni həyat gələcəknəsillərə ötürüləcək böyük bir mirasdır. 20 Sentyabrınmənəvi mahiyyəti də məhz bundadır: bu tarix bizəgöstərir ki, Vətən yalnız xəritədə göstərilən ərazi deyil, insanın yaddaşında, qəlbində və taleyində yaşatdığımüqəddəs məkandır. Bu gün Qarabağda ucalan hərbina, salınan hər küçə, əkilən hər ağac gələcəyəünvanlanan bir mesajdır – bu torpaqlarda həyatyenidən çiçəklənir.
Davud Hacıyev,
YAP Xəzər rayon təşkilatının fəalı



