Analitika

Dövlət başçısının vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi

Tarixə nəzər salsaq, Ermənistan əsrlər boyu Azərbaycan torpaqlarına açıq şəkildə ərazi iddiası irəli sürmüş və etnik zəmində təxribatlar həyata keçirmişdir. Ermənistanın ölkəmizə qarşı 27 sentyabr 2020-ci il tarixində törətdiyi  hərbi təcavüz xarakterli növbəti təxribatı Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınaraq, işğal altında olan torpaqlarımızı azad etmək üçün Vətən müharibəsinə başlaması ilə nəticələndi.

Dövlətimizin şanlı qələbəsilə başa çatan 44 günlük qəhrəmanlıq savaşımız hər bir Azərbaycan vətəndaşının  qürur mənbəyidir.  Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında yenilməz ordumuz xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu! Xalqımız öz ata-baba torpaqlarına qovuşdu. Azərbaycan mübariz oğul və qızlarının şücaəti sayəsində 44 günlük Vətən müharibəsində Şanlı qələbə qazanaraq tarix yazdı. Otuz illik işğala son qoyaraq tarixi ədaləti bərpa etdi.Ermənistan tərəfindən viran qoyulmuş, dağıdılmış Azərbaycan torpaqları öz sahibinə  qovuşaraq özünün yeni çiçəklənən dövrünə qədəm qoydu.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, yenə də Azərbaycan vətəndaşları bu tarixi torpaqlarımızda yaşayacaq, qurub-yaradacaqlar. Amma  həmin tarix heç vaxt unudulmayacaq. Əminliklə deyə bilərik ki, artıq tarixi bir missiya başa çatdı və Qarabağ problemi beynəlxalq hüququn tələblərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edildi. Zəfər paradı Azərbaycan xalqı üçün qürur, şərəf, ləyaqət simvolu, ermənilər üçün məğlubiyyət, işğal siyasətinin dərsi olaraq tarixə düşdü.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button