AnalitikaGündəm

Dövlət dili statusu

Hər bir xalqın milli kimliyini və onun mənsubiyyətini müəyyən edən amillərdən biri də onun ana dilidir. Azərbaycan dili  öz tarixi keçmişi və zənginlikləri ilə tanınan dillərdən biridir. Tarixə nəzər saldıqda görmək olar ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib və  bir müddət  fəaliyyət göstərsə də, dövlət dili statusu uzun sürə bilməmişdir.Ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərmişdir. Ana dilimizin inkişafı və çiçəklənən dövrü Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olaraq ayrıca maddənin daxil edilməsində çox ciddi səyləri və müstəsna rolu olmuşdur. Ölkəmiz 1991-ci ildə dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili öz inkişafının yeni mərhələsinə qədəm qoyaraq dövlət dili statusu qazanmışdır. Məhz Ulu öndər Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində Ana dilimiz əbədi olaraq dövlət dili kimi öz varlığını qoruyub saxlaya bildi. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Sovetlər birliyinin süqutundan sonra bir çox postsovet ölkələri kimi Azərbaycanda öz müstəqilliyini elan etdi. Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox tarixi sınaqlarla üzbə-üz qaldı. 1993-cü ildə məhz Ulu öndər Heydər Əliyevin  siyasi rəhbərlik təcrübəsi, liderlik bacarıqları sayəsində dövlətçiliyimiz və müstəqilliyimiz böyük təhlükədən qurtuldu, Azərbaycan öz müstəqilliyini qoruyub saxladı və Ümummilli lider Heydər Əliyevin uğurlu siyasi kursu nəticəsində parlaq gələcəyə, inkişafa doğru inamla addımlamağa başladı.

Hər zaman öz tarixinə və ana dilinə  xüsusi önəm yetirən Ulu Öndər Heydər  Azərbaycan dilinin adını özümüzə qaytarmışdır və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdi. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dilinin inkişafına, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına göstərdiyi qayğı, bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.həm siyasi, həm elmi-mədəni, həm iqtisadi sahələrdə dünya arenasına inteqrasiya etməyə başladı.

Nizami Şahvələdov,
YAP Şuşa rayon təşkilatının 33 nöçrəli ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button