Gündəmİqtisadiyyat

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə oktyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 334 min ədəd artaraq 21 milyon 701 min ədəd təşkil edib.

Reportyorinfo.az Mərkəzi Banka istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 13,3 faiz artıb.

Ödəniş kartlarında debet kartlarının sayı 16 faiz artıb, kredit kartlarının sayı isə 5,2 faiz azalıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, oktyabr ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz artıb. 2025-ci ilin oktyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,825 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,776 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,045 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67,5 faizini təşkil edib.

Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin oktyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 8,1 faiz, POS-terminalların sayı 60,4 faiz artıb.

Oxşar Xəbərlər

Back to top button