GündəmSəhiyyəSosial

Əli Əhmədov Yeni Klinikada müalicə alan vətəndaşlarımızı ziyarət edib

Reportyorinfo.az “Aktualinfo.az”a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisi sədrinin birinci müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və hazırda Yeni Klinikada müalicə alan vətəndaşlarımızı ziyarət edib. Məlumat verilib ki, yaralılara zəruri tibbi yardımın göstərilməsi üçün bütün lazımi tədbirlər görülüb, yüksək səviyyəli müayinə-müalicə prosesi həyata keçirilir.

Əli Əhmədov müalicə alan vətəndaşlarımızla söhbət edib, onların qayğıları ilə maraqlanıb. Onlar da öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Oxşar Xəbərlər

Back to top button