Siyasət

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır” – Paşinyan

“Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyır”.

Reportyorinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurasının İslandiyanın paytaxtı Reykyavikdə keçirilən sammiti çərçivəsində çıxışı zamanı deyib.

O, mayın 14-ü Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşü xatırladıb: “Üç gün əvvəl Brüsseldə irəliləyiş əldə etdik və qeyd olundu ki, Ermənistan 86,6 min km² ərazisi olan Azərbaycanın bütövlüyünü, Azərbaycan da, öz növbəsində 29,8 min km² ərazisi olan Ermənistanın bütövlüyünü tanıyır”, – Paşinyan əlavə edib.

Oxşar Xəbərlər

Back to top button