Ermənistana antiterror tədbirləri ilə daha bir zərbə
Azərbaycan ərazisi keçdiyi uzun tarixi dövr ərzində bir çox dövlətlərin diqqət mərkəzində olmuş və ən qədim zamanlardan işğalçı dövlətlərin hücumlarına məruz qalmışdır. Bu işğalçı dövlətlərdən biri də Ermənistandır.Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçı siyasət 20-ci əsrin sonlarından daha da şiddətlənmiş və nəticə olaraq Azərbaycanın Qarabağ ərazisi və ona bitişik yeddi rayonu işğal edilmişdir. 26 il sonra 2020-ci 27 sentyabrda Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında işğal edilən torpaqlarımızı azad etmişdir. Hazırda həmin ərazilərdə beynəlxalq hava limanları tikilir,ağıllı kəndlər yaradılır və bir çox abadlıq işləri həyata keçirilir. Lakin Ermənistan nə 90-ci illərdə imzalanan Bişkek protokolu ilə qəbul edilən atəşkəsə,nə də 10 noyabr bəyanatında nəzərdə tutulan tələblərə əməl etmir və atəşkəs rejimini dəfələrlə pozur.Ermənilər son üç ildə dəfələrlə təxribatlara əl atıb, planlı terror siyasəti həyata keçiriblər.Son olaraq Azərbaycan ərazisində olan qanunsuz erməni silahlı dəstələrinin üzvləri tərəfindən sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə minalar yerləşdirib və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi polisləri həmin minalara düşərək həyatlarını itiriblər, həmçinin erməni silahlı dəstələri Ağdam rayonunu atıcı silahlardan atəşə tutublar.Bütün bunlara cavab olaraq Azərbaycan ordusu antiterror tədbirlərinə başlamış və tədbirlərin elə birinci günündə Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqelərini nəzarət altına almış, artilleriya qurğularını,hərbi təyinatlı avtomobilləri zərərsizləşdirmişdir. Ermənistan ordusu həmişəki kimi qüdrətli Azərbaycan ordusu qarşısında tab gətirə bilməmiş və təslim olmuşdur. 2023-cü il 20 sentyabrda müəyyən şərtlər altında lokal xarakterli antiterror tədbirlərin dayandırılması barədə razılıq əldə olunmuşdur. Ermənistan dövləti və ordusu bir daha Azərbaycan dövlətinin, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan ordusunun gücünü görmüşdür.
Fətəliyeva Leyla,
YAP-ın fəalı