Analitika

Ermənistanın şəksiz məğlubiyyəti

Hər zaman olduğu kimi,daim işğalçı, faşizm düşüncəsi ilə yaşayan, bunu dövlət siyasətinə çevirən Ermənistan növbəti dəfə həm milli, həm ideoloji, həm də hərbi-siyasi baxımdan Azərbaycana məğlub oldu.44 günlük Vətən müharibəsində darmadığın edilən Ermənistan ordusunun qalıqları sonrakı dövrlərdə Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlarla zərərsizləşdirildi. Amma Ermənistan yenə də öz ampluasından əl çəkmədi, təxribatlar törətməyə, revanşist addımlar atmaqdan çəkinmədi.Nəhayət 19 sentyabrda Azərbaycan Ordusu lokal antiterror əməliyyatına başladı və əməliyyatların başlamasının 24 saatı tamam olmadan separatçılar ağ bayraq qaldırdılar və Azərbaycanın şərtləri ilə danışıqlara başlamağa hazır olduqlarını bəyan etdilər. Bildirək ki, bu gün – 21 sentyabrda Yevlax şəhərində Qarabağın erməni əhalinin nümayəndələri ilə rəsmi Bakının nümayəndələri arasında görüş keçirilib. Görüşün nəticələri ilə bağlı danışan rəsmilər müsbət mesajlar verib.Bütün bunlar bir daha Ermənistanın növbəti məğlubiyyət tarixinə yazıldı. Prezident İlham Əliyev də ötən gün xalqa müraciətində baş verənləri Ermənistanın şəksiz məğlubiyyəti adlandırdı.Göründüyü kimi, Azərbaycan bir daha gücünü, mövqeyinin qətiyyətini Ermənistanın üzərində bütün dünyaya göstərdi. Doğrudur, biz Ermənistanın ərazi bütövlüyünü tanıyırıq, amma bu, artıq tarixdir ki, Ermənistan Azərbaycan torpaqları hesabına yaranıb. Onların Azərbaycanın 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra suvernlər torpaqlarını işğal edərək ərazilərini genişləndirmə siyasəti onlar adına fiasko idi.Bu fiasko ilə yanaşı tarixdə Ermənistanın məğlubiyyətinin başlanğıcı idi. Hələ Azərbaycan bundan sonra çox böyük uğurlara imza atacaq, irəliləyən dövrlərdə belə demək mümkündürsə, bölgənin super dövlətinə çevriləcək. Buna zərrə qədər də şübhə etmirəm.Prezident İlham Əliyevin də çıxışında söylədiyi kimi, Vətən müharibəsində və sonrakı dönəmlərdə də baş verənlər Ermənistan dövlətinin, xalqının Azərbaycan dövlətinə, xalqına məğlubiyyəti idi”.

Lalə Müseyibova,
Nizami rayon 210 saylı məktəbin direktor müavini

Oxşar Xəbərlər

Back to top button