AnalitikaGündəmSiyasət

Fəal siyasi dialoq və müdafiə əməkdaşlığı

2026-cı il aprelin 27-də cənab prezident İlham Əliyevilə Çex Respublikasının baş naziri Andrey Babiş arasındakeçirilmiş yüksək səviyyəli görüş onun yekunundamətbuata verilmiş bəyanat Azərbaycan Respublikası iləÇex Respublikası arasında münasibətlərin stratejimahiyyətini, mövcud əməkdaşlıq səviyyəsini gələcəkinkişaf perspektivlərini geniş sistemli şəkildə əksetdirmişdir. Bəyanatda xüsusilə vurğulanmışdır ki, müasirmərhələdə ikitərəfli əlaqələr keyfiyyətcə yeni mərhələyəqədəm qoymuş qarşılıqlı maraqlara əsaslanançoxşaxəli tərəfdaşlıq modelinə çevrilmişdir.

Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, Azərbaycan ilə Çexiya arasında formalaşmış siyasi dialoqhazırda özünün ən fəal məhsuldar dövrünü yaşayır. Bu dialoq yalnız formal diplomatik münasibətlərləməhdudlaşmır, eyni zamanda intensiv siyasiməsləhətləşmələr, yüksək səviyyəli qarşılıqlı səfərlər, hökumətlərarası komissiyaların fəaliyyəti parlamentlərarası əməkdaşlıq mexanizmləri vasitəsilədavamlı xarakter almışdır. Dövlət başçısı bildirmişdir ki, belə fəal siyasi təmaslar iki ölkə arasında etimadmühitinin daha da möhkəmlənməsinə, mövqelərinyaxınlaşdırılmasına beynəlxalq gündəlikdə duranmühüm məsələlər üzrə koordinasiyanın gücləndirilməsinəşərait yaradır.

Vurğulanmışdır ki, siyasi dialoqun dərinləşməsifonunda Azərbaycan ilə Çexiya beynəlxalq təşkilatlarçərçivəsində qarşılıqlı dəstəyi genişləndirir. XüsusiləBirləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı iləəməkdaşlıq platformaları digər çoxtərəfli qurumlardaxilində həyata keçirilən məsləhətləşmələr tərəflərinqlobal regional məsələlərə yanaşmalarınınuzlaşdırılmasına xidmət edir. Prezident qeyd etmişdir ki, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin inkişafı, iqlim dəyişiklikləri ilə mübarizə regional sabitliyinqorunması kimi prioritet istiqamətlərdə fikir mübadiləsiikitərəfli münasibətlərin strateji dərinliyini daha da artırır.

Bəyanatda xüsusi yer tutan digər mühüm istiqamətmüdafiə sənayesi sahəsində əməkdaşlıq olmuşdur. Azərbaycan ilə Çex Respublikası arasında bu sahədəəlaqələrin inkişafı qarşılıqlı maraqlara əsaslanmaqlayanaşı, hər iki ölkənin sənaye texnoloji potensialınındaha səmərəli istifadəsinə xidmət edir. Prezident İlham Əliyev bildirmişdir ki, müdafiə sənayesi sahəsindəəməkdaşlıq artıq praktik müstəviyə keçmiş konkretlayihələrin müzakirəsi mərhələsinə daxil olmuşdur. Bu əməkdaşlıq çərçivəsində hərbi-texniki təcrübəmübadiləsi, müasir silah avadanlıqların birgə istehsalı, elmi-tədqiqat sahəsində əməkdaşlıq kadr hazırlığı kimiistiqamətlər xüsusi əhəmiyyət kəsb edir.

Dövlət başçısı vurğulamışdır ki, Çexiyanın müdafiəsənayesi sahəsində zəngin təcrübəsi inkişaf etmiştexnoloji bazası Azərbaycan üçün mühüm tərəfdaşlıqimkanları yaradır. Eyni zamanda, Azərbaycanın son illərdə bu sahədə əldə etdiyi nailiyyətlər, müasir sənayeparklarının yaradılması yerli istehsal imkanlarınıngenişlənməsi qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişlizəmin formalaşdırır. Bu kontekstdə qeyd olunmuşdur ki, müdafiə sənayesində əməkdaşlıq yalnız təhlükəsizlikməsələləri ilə məhdudlaşmır, həm iqtisadiyyatınşaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı yüksəktexnologiyalar transferi baxımından strateji əhəmiyyətdaşıyır.

Cənab prezident İlham Əliyev həmçinin bildirmişdirki, müdafiə sənayesi sahəsində birgə layihələrin həyatakeçirilməsi sənaye kooperasiyasının genişlənməsinə, innovasiya fəaliyyətinin təşviqinə yeni yerlərininyaradılmasına mühüm töhfə verəcəkdir. Bu isə öznövbəsində hər iki ölkənin iqtisadi dayanıqlığınıngücləndirilməsinə rəqabət qabiliyyətinin artırılmasınaxidmət edəcəkdir. Dövlət başçısı qeyd etmişdir ki, buistiqamətdə əldə olunacaq konkret nəticələr Azərbaycanilə Çexiya arasında münasibətlərin strateji tərəfdaşlıqsəviyyəsinə yüksəlməsinə əlavə təkan verəcəkdir.

Bəyanatda eyni zamanda vurğulanmışdır ki, fəal siyasidialoq müdafiə sənayesi sahəsində əməkdaşlıq digəristiqamətlərdəiqtisadiyyat, enerji, nəqliyyat, investisiyaqoyuluşu humanitar sahələrdə əlaqələrin inkişafını da stimullaşdırır. Bu baxımdan tərəflər arasında formalaşmışqarşılıqlı etimad mühiti gələcəkdə daha genişmiqyaslılayihələrin həyata keçirilməsinə imkan yaradacaqdır.

Sonda cənab prezident İlham Əliyev əminlikləbildirmişdir ki, Azərbaycan ilə Çex Respublikası arasındamövcud olan fəal siyasi dialoq strateji əhəmiyyət kəsbedən əməkdaşlıq istiqamətləri, xüsusilə müdafiə sənayesisahəsində tərəfdaşlığın genişləndirilməsi uzunmüddətliperspektivdə münasibətlərin daha da möhkəmlənməsinə, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə regional həmçinin qlobal səviyyədə sabitliyin təhlükəsizliyinmöhkəmləndirilməsinə mühüm töhfə verəcəkdir.

 

Kamran Quliyev,
YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı(ADSEA) üzrə ərazi partiya təşkilatının sədr müavini.

Oxşar Xəbərlər

Back to top button