
Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Fərid Əsgərova “general-mayor” ali hərbi rütbəsi verilib.
Reportyorinfo.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Bu barədə Azərbaycan Karate Federasiyası da məlumat yayıb: “Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Fərid Əsgərovun Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyin olunması, həmçinin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “general-mayor” ali hərbi rütbəsinə layiq görülməsi münasibətilə onu təbrik edir, bu məsuliyyətli və şərəfli fəaliyyətində uğurlar arzulayırıq”.