
Şirvanda hamamda yıxılan qadın iki həftə sonra xəstəxanada ölüb.
Reportyorinfo.az “Qafqazinfo” -a istinadən xəbər verir ki, hadisə şəhərin L.İbrahimov küçəsində qeydə alınıb.
Belə ki, 67 yaşlı Xuraman Nəsir qızı Səfərova noyabrın 27-də yaşadığı evin hamam otağında yıxılıb. Xəstəxanaya yerləşdirilən qadın vəfat edib.
Faktla bağlı Şirvan şəhər Prokurorluğu araşdırma aparır.



