AnalitikaGündəm

Həmrəyliyin və qarşılıqlı etimadın güclənməsi

Bildiyimiz kimi, ötən həftə – iyunun 6-7-də Azərbaycanın Zəfər və qürur simvolu, türk xalqlarının birliyinin və həmrəyliyinin yeni rəmzinə çevrilmiş Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib.Bu görüş Türk Dövlətləri Təşkilatının vahid ruhunun gücləndirilməsinə özünəməxsus töhfə vermiş oldu. Artıq Azərbaycan özünün xarici siyasətinin prioritet istiqamətini müəyyənləşdirib. Dünyada cərəyan edən qlobal siyasi, iqtisadi, həm də hərbi xarakterli hadisə və proseslər bu təşkilatın  və birliyin yaranmasını hər gün daha da zəruri edir.

Son illər Azərbaycanın türk dövlətlərinə, onların liderlərinin Azərbaycana səfərlərinin intensivləşməsi də türk dünyasının birliyinə xidmət edən addımlar sırasındadır.Cənab Prezidentin rəhbərliyi, gərgin və yorulmaz səyləri nəticəsində XXI əsrdə dövlətimizin əldə etdiyi tarixi nailiyyətlər bütün Türk Dövlətlərinin təşkilatlanması yolunda stimula çevrilib.30 ilə yaxın  müddətdə işğalda qalmış torpaqların 44 gün ərzində düşməndən azad edilməsi, azad edilmiş torpaqlarda dünyanın heç bir coğrafiyasında müşahidə olunmayan səviyyədə bərpa və quruculuq işlərinin görülməsi, qısa müddətdə məcburi köçkünlərin öz yurdlarına qayıdışının başlanması  hər bir qardaş Türk Dövləti üçün tarixi birliyə nail olmaq yolunda  mühüm səbəbə çevrilib.Şuşa Sammitinin önəmini artıran məqamlardan biri də Qarabağ Bəyannaməsinin imzalanması oldu. Heç şübhəsiz bu mühüm tarixi sənəd, eləcə də qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir.

Zirvə görüşündə,həmçinin TDT-yə üzv ölkələrin COP29-a dəstək ifadə etmələri də böyük əhəmiyyətə malikdir. Bu ölkələri liderləri noyabrda keçiriləcək nüfuzlu beynəlxalq tədbirə dəvət olunublar. Şübhəsiz ki, qardaş ölkələr COP29 çərçivəsində qlobal iqlim dəyişiklikləri ilə mübarizədə fəal əməkdaşlıq edəcək.Xalqımız əmindir ki, Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət baş­çılarının qeyri-rəsmi Zirvə görüşü ölkələ­rimiz arasında həmrəyliyin və qarşılıqlı etimadın daha da güclənməsinə mühüm töhfələr verəcək.

Elmir Rzayev,
YAP Şuşa rayon təşkilatının əməkdaşı  

Oxşar Xəbərlər

Back to top button