Hər birimiz bölgələrdə aparılan quruculuq və abadlıq işlərini gördükcə sevinc hissi keçiririk
![](https://reportyorinfo.az/wp-content/uploads/sites/5/2024/04/1713253312_ec592e51009c980f2d677f438b9f6273-780x470.jpg)
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən infrastruktur layihələri xüsusi əhəmiyyəti ilə seçilməkdədir. Çünki həmin infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğunu təmin etməkdir. Şübhə yoxdur ki, Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırıb.
Azərbaycanın hər bir bölgəsi günbəgün daha da inkişaf edir, yeni inkişaf mərhələsinə qədəm qoyur. Şərqi Zəngəzur Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir. Ölkə başçısı bölgələrdə aparılan quruculuq-abadlıq işləri ilə daima yaxından maraqlanır, göstəriş və tapşırıqlarını verir. Böyük infrastruktur layihələrinin -elektrik enerjisi ilə təchizat, suvarma, yol infrastrukturu, qazlaşdırma , içməli su layihələrinin, həmçinin sosial infrastruktur layihələrinin-rayonlarda müasir xəstəxanaların, tibb ocaqlarının, məktəblərin inşasının həyata keçirilməsi regionlarda əhalinin yaşayış səviyyəsinin yaxşılaşmasına, onları narahat edən məsələlərin həllinə xidmət edir.
Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var: “Məsələ ondadır ki, Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxıb. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşıb, əkin üçün yararsız vəziyyətə düşüb. 1958-ci ildə inşa edilmiş Yuxarı Şirvan kanalı faktiki olaraq yenidən inşa ediləcək, 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Bununla da, minlərlə insan bu layihədən faydalanacaq, əkin sahələri də iki dəfədən çox artırılacaq. İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək. Eyni zamanda, Hacıqabul gölü də uzun illərdən sonra dolacaq.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi