Analitika

Heydər Əliyev yolu bundan sonra da Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq

Ulu Öndərin dövləti və xalqı üçün xidmətlərini bir çıxışla və bir iclas çərçivəsində tam olaraq çatdırmaq qeyri-mümkündür. Çünki H.Əliyevin Azərbaycan xalqı üçün xidmətləri unudulmazdır, əvəzolunmazdır və onlar tarixi əhəmiyyət kəsb edir.Bu gün qısa olaraq 1993-2003-cü illəri əhatə Ulu Öndərin Azərbaycan Respublikasının hüquq siyasəti və dövlət quruculuğu işində həyata keçirdiyi fundamental islahatlarından qeyd etmək istərdim. Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyev üçün dövlətin daxili siyasətində həyata keçirilməli olan ən əsas məsələ xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaq idi. Ulu Öndər, siyasi təcrübəsi, vətənpərvərliyi, iradəsi, dərin biliyi sayəsində dövlətimizi vətəndaş müharibəsi təhlükəsindən, ictimai, siyasi və iqtisadi böhran vəziyyətindən xilas edərək ölkədə ilk növbədə qanunçuluğu bərqərar etdi. Qanunun aliliyinə təminat verən Konstitusiya qəbul edildi. Ulu Öndər ölüm cəzasının ləğvinə dair milli hüququn mühüm aktlarının qəbulu ilə yanaşı, bu sahədə əsas beynəlxalq sənədlər olan Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın İkinci Fakültativ Protokoluna, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 nömrəli Protokoluna ölkəmizin qoşulmasının da təşəbbüskarı olmuşdur. Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin xüsusilə də son dövrlərdə dövlətimizin hüquq siyasətində həyata keçirdiyi islahatlar, həmçinin sosial-iqtisadi islahatlar haqqında da qısa qeyd etməyim zəruridir. Cənab Prezidentin son illərdə imzaladığı Fərman və Sərəncamları ilə cəza siyasətinin humanistləşdirilməsi, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi, iqtisadi sahədə törədilən cinayətlərin dekriminallaşması, mediasiya institutu, Açıq hökümətin təşfiqinə dair, eyni zamanda “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” ölkəmizin hüquq siyasətində fundamental islahatlarının başlanmasının əsasını qoydu. Sosial-iqtisadi islahatların yalnız bir məqsədi vardır: hər bir Azərbaycan vətəndaşının layiqli həyat səviyyəsini təmin etmək. Sözsüz ki, bu tədbirlər o qədər əhatəli və davamlıdır ki, onları bütövlükdə qeyd etmək mümkün deyil. Heydər Əliyev yolu bundan sonra da Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq.

Nurlan Hüseynov,
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi

Oxşar Xəbərlər

Back to top button