AnalitikaGündəmSiyasət

Heydər Əliyevdən İlham Əliyevə Enerji İrsinin Davamı

1974-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyuldu. Bu mühüm addım Azərbaycan üçün enerji sahəsində yeni dövrün başlanğıcı oldu və ölkənin sənaye infrastrukturunun güclənməsinə zəmin yaratdı. O dövrdəki bu layihə Azərbaycanın enerji müstəqilliyinin təməl daşı kimi qəbul edilir.

Ulu Öndərin enerji strategiyası yalnız təməlqoyma ilə məhdudlaşmayıb, həm də ölkənin enerji sisteminin dayanıqlı inkişafına istiqamət verdi. “Azərbaycan” İES Mingəçevirin enerji xəritəsində vacib rol oynadı, uzun illər ərzində elektrik enerjisinin əsas istehsal mənbəyi oldu və respublikanın sosial-iqtisadi həyatında həlledici rol oynadı.

Bu gün isə ölkəmizin energetika sahəsində yeni və əlamətdar bir gün yaşanır. Prezident İlham Əliyevin iştirakı ilə “8 Noyabr” Elektrik Stansiyasının açılışı Azərbaycanın enerji imkanlarını daha da artırdı və regionda lider mövqeyini möhkəmlətdi. Bu stansiya müasir texnologiyalarla təchiz olunmuş, həm daxili istehlakı, həm də ixracı təmin edə biləcək səviyyədədir.

Beləliklə, Heydər Əliyevin qoyduğu irsi İlham Əliyev müasir dövrün tələblərinə uyğun inkişaf etdirir. Bu enerji layihələri Azərbaycanı regional enerji mərkəzinə çevirir və ölkənin dayanıqlı inkişafını təmin edir.

YAP Xəzər rayon təşkilatının fəalı
Xəyal Rzazadə

Oxşar Xəbərlər

Back to top button