AnalitikaGündəmSiyasət

İdman və Qələbə Ruhunun Birləşdiyi Anlar

Xankəndidə keçirilən “Qarabağ”-MOİK oyunu təkcə idman hadisəsi deyil, həm də tarixi məna daşıyan bir görüş oldu. Azad edilmiş torpaqda futbolun səsi eşidilməsi xalqımızın qayıdışının, həyatın bərpasının simvoluna çevrildi. Azarkeşlərin coşqusu, stadionun ab-havası qələbə ruhunu daha da gücləndirdi.

“Qarabağ” komandası Qarabağın idman simvolu kimi hər zaman ön planda olub. Bu oyunun məhz Xankəndidə keçirilməsi isə idmanın milli həmrəyliyin gücləndirilməsindəki rolunu göstərdi. MOİK komandası ilə qarşılaşma həm rəqabət, həm də dostluq və birlik rəmzi kimi yadda qaldı.

2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunan mərasim isə ölkə idman ictimaiyyəti üçün mühüm hadisə oldu. Burada dövlətimizin idmana verdiyi önəm bir daha nümayiş etdirildi. Prezident İlham Əliyevin idmançıları və idman mütəxəssislərini təltif etməsi onların əməyinə verilən ən yüksək dəyər idi.

Həm Xankəndidə keçirilən oyun, həm də idman ictimaiyyətinin görüşü bir mesaj verdi: Azərbaycan yalnız siyasi və hərbi uğurlarla deyil, həm də idmanda böyük nailiyyətlər qazanır. Bu hadisələr xalqın gələcəyə inamını daha da möhkəmləndirdi.

YAP Xəzər rayon təşkilatının fəalı
Ağadadaş Həsənalıyev

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button