GündəmSiyasət

İdxal-ixrac və nəqliyyat əməliyyatlarının rəqəmsallaşdırılması üçün “Bir pəncərə” sistemi yaradılır

Azərbaycan Respublikasında idxal-ixrac, tranzit və nəqliyyat əməliyyatlarının rəqəmsallaşdırılması və vahid informasiya sistemi vasitəsilə “ağıllı” idarəetmə təmin olunacaq.

Reportyorinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, “Bir pəncərə” informasiya sistemi yaradılacaq. Sistem vasitəsilə xarici ticarət əməliyyatları, daşınan yüklərin hərəkəti, sərhədkeçmə prosedurları, nəqliyyat sənədlərinin təqdim edilməsi, ödənişlərin aparılması və statistik məlumatların əldə olunması tam elektron qaydada təmin olunacaq.

Sistemin sahibi funksiyalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti, operator funksiyalarını isə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirəcək. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Sistemin fəaliyyətinin təşkili, “Hökumət buludu”nda yerləşdirilməsi, inteqrasiya və aylıq hesabatların təqdim edilməsi üzrə zəruri tədbirlər görəcək.

Sənəddə, həmçinin informasiya təhlükəsizliyi, dövlət informasiya ehtiyatlarının formalaşdırılması və elektron xidmətlərin vahid reyestrinə daxil edilməsi ilə bağlı tədbirlər nəzərdə tutulub.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button