AnalitikaGündəm

İki dost ölkə

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dost, qardaş Pakistan İslam Respublikasına dövlət səfəri, ölkəmizin başçısına göstərilən ən yüksək hörmət və ehtiram iki dövlət arasında olan sarsılmaz tarixi bağların ifadəsidir. Bu münasibətlər iki ölkə arasındakı əlaqələri qardaşlıq səviyyəsinə yüksəltmişdir. Bununla yanaşı, ölkə liderlərinin davamlı səfərləri və görüşlər bu fəaliyyəti daha da möhkəmləndirir.Dövlət müstəqilliyimizin ilk illərindən Ümummilli Lider Heydər Əliyev Pakistan-Azərbaycan münasibətlərinə böyük önəm verirdi. Görkəmli dövlət xadimi iki ölkə arasında olan münasibətləri belə səciyyələndirirdi: “Pakistan ilə Azərbaycan arasında çox yaxşı əlaqələr, dostluq əlaqələri var. Bu əlaqələr keçmiş tarixi ənənələrimizin üzərində qurulub”.

Prezident İlham Əliyev İslamabadda dövlət səfəri zamanı mətbuata verdiyi bəyanatında olduqca vacib məqamlara toxunub.Ölkəmizin başçısı bildirib ki, bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır.Ümumiyyətlə,Pakistan ilə əlaqələrimizin yeni müstəviyə çıxması heç şübhəsiz, Qarabağ münaqişəsi ilə bağlıdır. Belə ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmamış, onu bir dövlət kimi tanımamışdır. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə yaddaqalan məqamlardan biri də ölkə boyu hər yerdə – küçələrdə, binalarda, müxtəlif tədbirlərdə Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, Pakistanın bayrağının dalğalanması da ikitərəfli əlaqələrin nə səviyyədə olduğunu bariz şəkildə göstərir.

Cənab Prezident hər zaman Pakistanın ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksəksəviyyəli münasibətlər saxlayır.Hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər. İki dost dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və digər sahələrdə əməkdaşlıq edirlər.

Ayşən Kazımova,
Şuşa rayon 6 nömrəli tam orta məktəbin direktor müavini 

Oxşar Xəbərlər

Back to top button