AnalitikaGündəmSiyasət

İlham Əliyevin Düşənbə Zəfəri

Azərbaycanın apardığı çox istiqamətli xarici siyasət kursu beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirir. Prezident İlham Əliyevin son zamanlarda iştirak etdiyi beynəlxalq və regional təşkilatların tədbirlər Azərbaycanın siyasi nüfuzunun dayanıqlılığını artırırır. Bütün tədbirlərdə Azərbaycanın əsaslı və ən əsası qətiyyətli mövqeyi, təklif etdiyi təşəbbüslər ölkəmizin qonşu dövlətlərlə eləcə də beynəlxalq birliyin əsas strukturları ilə qarşılılıqlı münasibətlər qurmağa imkan verir və təbii ki, bu da xalqımızın, dövlətimizin gələcəyinin sığortasını təmin edir. Prezident İlham Əliyevin diplomatik ustalığı nəticəsində bu gün Azərbaycan Türk Dövlətləri Təşkilatı, həm Müstəqil Dövlətlər Birliyi, həm də Avropa İttifaqı üçün etibarlı tərəfdaş sayılır, həmin qurumlarla ölkəmizin mənafeyinə, mövqeyinə uyğun strategiyalar həyata keçirilir.
Oktyabrın 9-da prezident İlham Əliyev Tacikistanda keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün paytaxt Düşənbəyə rəsmi səfər edib. Səfər zamanı Azərbaycan –Tacikistan münasibətləri istər siyasi, istər iqtisadi, istərsə də mədəni aspektdən müzakirə olunub.
“ Qardaş Tacikistan xalqını Prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurlar və nailiyyətlər münasibətilə təbrik etmək istərdim.Düşənbədə dəfələrlə olarkən ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini görürəm. Bütün bunlar bizi dost kimi çox sevindirir. Şəhərsalma sahəsində uğurlar münasibətilə təbrik edirəm və Düşənbənin ildən-ilə gözəlləşdiyinə şadam. Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir.Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdirBugünkü iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunmaq istərdim. Bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirildi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib”
İlham Əliyevin Düşənbə səfərinin digər diqqət çəkən tərəfi Azərbaycan –Rusiya münasibətləri oldu. Məlum olduğu kimi, dekabrda baş vermiş təyyarə qəzası iki dövlət arasında gərginlik yaratmışdı. Azərbaycanın mövqeyi bəlli idi: hadisənin səbəbkarlarını üzə çaxarmaq, ədaləti bərpa etmək. Azərbaycan Respublikasının heç bir vətəndaşının qanı yerdə qalmayacaq. Putin İlham Əliyev ilə təkbətək görüş zamanı bu məsələyə aydınlıq gətirildi, Putin üzr istədi. Rəsmi Rusiya məsuliyyəti öz üzərinə götürdüyünü, kompensasiya ödəyəcəyini, günahkarları cəzalandıracağını bildirdi. Bu prezident İlham Əliyev diplomatiyasının tarixi zəfəridir.
Prezident İlham Əliyevin Düşənbədəki çıxışı MDB ölkələri arasında dostluğun, əməkdaşlığın parlaq göstəricisi oldu. Bir daha təsdiq olundu ki, Azərbaycan sülhü qoruyan güclü təşəbbüslərin fəal iştirakçısıdır.

Xəzər rayonu, 124 №li tam orta məktəbin müəllim
Məmmədova Ruqiyyə

Oxşar Xəbərlər

Back to top button