İqtisadiyyat

İlin birinci yarısında Azərbaycanda 65,2 milyard manatlıq ÜDM istehsal edilib

Cari ilin birinci yarısında Azərbaycanda 65 milyard 207 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Aktualinfo Media Qrup AZƏRTAC-a istinadən  xəbər verir ki, bu barədə Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çoxdur.

Yanvar-iyun aylarında neft-qaz sektoru üzrə ÜDM istehsalı 19 milyard 610,5 milyon olmaqla ötən ilin analoji dövrünə nisbətən 0,7 faiz azalıb. Altı ayda qeyri-neft-qaz sektoru üzrə ÜDM istehsalı isə 45 milyard 596,5 milyon manat təşkil etməklə illik müqayisədə 1,5 faiz artıb.

Oxşar Xəbərlər

Back to top button