
Kəndlərdən şəhərlərə miqrasiya müasir dövrdə bir çox ölkələrin üzləşdiyi əsas problemlərdən biridir. Bu proses kənd yerlərində əhalinin azalmasına, əmək resurslarının zəifləməsinə və aqrar sektorun inkişafının ləngiməsinə səbəb olur. Azərbaycanda da bu məsələyə xüsusi diqqət yetirilir.
Dövlət tərəfindən regionların inkişafına yönəlmiş proqramlar kəndlərin cəlbediciliyini artırır. Yeni infrastruktur layihələri insanların yaşayış şəraitinin yaxşılaşmasına xidmət edir. Bu da kəndlərdə məskunlaşmanın artmasına şərait yaradır.
Kəndlərdə məşğulluğun təmin edilməsi miqrasiyanın qarşısının alınmasında mühüm rol oynayır. Yeni iş yerlərinin açılması və sahibkarlığın inkişafı insanların doğma torpaqlarında qalmasına kömək edir.
Müasir məktəblərin, xəstəxanaların və sosial obyektlərin tikintisi kəndlərin inkişafını sürətləndirir. İnsanlar keyfiyyətli xidmətlərə daha rahat çıxış əldə edirlər. Bu da onların həyat səviyyəsini yüksəldir.
Kənd təsərrüfatının inkişafı kənd əhalisinin gəlirlərinin artmasına səbəb olur. Dövlət dəstəyi ilə fermerlərin fəaliyyət imkanları genişlənir. Nəticədə kənddə yaşamaq daha sərfəli olur.
Şəhərlərlə kəndlər arasındakı fərqlərin azaldılması mühüm vəzifələrdən biridir. Müasir infrastruktur və sosial xidmətlər bu məqsədə xidmət edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər müsbət nəticələr verir.
Beləliklə, kəndlərin inkişafı və yaşayış şəraitinin yaxşılaşdırılması miqrasiyanın qarşısının alınmasında əsas amillərdən biridir. Bu siyasət regionların davamlı inkişafına mühüm töhfə verir.
Günel Kərimova,
YAP Nizami rayon təşkilatının fəalı



