GündəmAnalitikaSiyasət

Laçın şəhəri günü – Azadlıq və Dirçəliş Gününün Simvolu

Prezident İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. 26 avqust isə Laçın şəhəri günü kimi qeyd olunur. Dövlət başçısı həmin tarixdə xalqa belə müjdə çatdırdı: “Bu gün azərbaycanlılar Laçın şəhərinə qayıtdıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”

44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş Laçın rayonunun qələbə ilə bərpası tarixi ədalətin bərpası deməkdir. Ermənistanın uzun illər işğal altında saxladığı torpaqlar hərbi-siyasi yolla geri qaytarıldı. Üçtərəfli Bəyanat nəticəsində Laçın 2020-ci ilin dekabrında Azərbaycana qaytarıldı, 2022-ci ilin avqustunda isə tam nəzarət təmin edildi. 2023-cü ildə sərhəd-keçid məntəqəsinin istifadəyə verilməsi bölgədə təhlükəsizliyi möhkəmləndirdi.

İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. Laçın Beynəlxalq Hava Limanı 2025-ci ildə istifadəyə verildi, bu isə şəhərin strateji və turizm potensialını artırır. Eyni zamanda, Kəlbəcər-Laçın avtomobil yolu, istirahət kompleksləri və yeni yaşayış binaları inşa olunub. “Böyük Qayıdış” proqramı çərçivəsində yüzlərlə laçınlı doğma torpaqlarına qayıdır və burada yeni həyat qurur.

Laçın şəhəri günü, həm tarixi qələbənin, həm də bölgənin müasir inkişafının simvoludur.

Turan Zeynalzadə
Yeni Azərbaycan Partiyasının fəalı

Oxşar Xəbərlər

Back to top button