
Uzun illər düşmən işğalında qalan Laçın şəhərində Prezident İlham Əliyevin və xalqımızın birgə olması, təkcə siyasi və coğrafi məna daşımır. Bu, həm də milli qürurun, azadlıq arzusunun və vətən sevgisinin rəmzi kimi qiymətləndirilir. 30 il davam edən həsrətə son qoyulması, tariximizin yeni səhifəsinin açılması deməkdir.
Bu birlik, həm keçmişin ağrılarının unudulmaması, həm də gələcəyə ümidi qorumaq deməkdir. Laçının azad edilməsi xalqın milli iradəsinin və dövlətimizin gücünün bariz təzahürüdür. Hər bir vətəndaş üçün bu, torpağa dönüşün, evə qayıdışın müjdəsidir.
Birgə olmaq həm də sosial-iqtisadi bərpa prosesinin başlanğıcıdır. Laçında yenidənqurma işləri, infrastrukturların bərpası və insan həyatının normallaşması üçün görülən işlər bu rəmzi məna ilə paralel olaraq sürətlə davam edir. Bu mərhələ həm də xalqlar arasında sülh və həmrəylik mesajıdır.
Laçında birgə olmaq, eyni zamanda milli birliyin simvoludur. 30 il sonra torpaqlarımızda qardaşlıq, həmrəylik və ümumi gələcək üçün birgə səylər ortaya qoyulması Azərbaycanın gücünü dünyaya nümayiş etdirir.
Xəyal Rzazadə,
YAP Xəzər rayon təşkilatının fəalı