AnalitikaGündəm

MDB Zirvə Görüşü və Təyyarə qəzası

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibə zamanı dövlət başçısı dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş həyata keçirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı hadisəni geniş şəkildə şərh etdi. Prezident qeyd etdi ki, hadisə barədə məlumat aldıqdan dərhal sonra Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən müvafiq tədbirlərin görülməsi üçün göstəriş verib. Təyyarənin qəzaya uğradığı xəbərini eşidən kimi operativ qərar qəbul edən dövlət başçısı, uçuşun Bakıya geri dönməsini təmin etdi. Hava limanında keçirilən operativ müşavirədə Prezident İlham Əliyev hadisənin səbəblərinin araşdırılması və gələcəkdə belə halların qarşısının alınması məqsədilə Dövlət Komissiyasının yaradılması göstərişini verdi. Komissiya üzvləri dərhal Aktau şəhərinə ezam edilərək hadisə yerində təyyarənin qalıqları ilə tanış olmuş, müşahidələr aparmış və müvafiq video-fotomateriallar əldə etmişlər.

Eyni zamanda, Azərbaycan Respublikasının həkimlərindən ibarət qrup da hadisə yerinə göndərildi. Dövlət başçısı qeyd etdi ki, Baş Prokurorluq tərəfindən cinayət işi açılmışdır və həm Qazaxıstan, həm də Rusiya tərəfi hadisənin hərtərəfli araşdırılması üçün oxşar addımlar atmaqdadır. Prezident İlham Əliyev vurğuladı ki, hadisənin əsas səbəbləri tam müəyyən ediləcək və belə faciələrin gələcəkdə baş verməməsi üçün bütün zəruri tədbirlər görüləcəkdir. Bu, həm təhlükəsizlik, həm də insan həyatının qorunması baxımından prioritet məsələdir.

Müsahibənin sonunda Prezident İlham Əliyev bir daha hadisə ilə bağlı ailələrə dərin hüznlə başsağlığı verdi və Azərbaycan dövlətinin hər zaman öz vətəndaşlarının yanında olduğunu bəyan etdi. Aktau yaxınlığında baş verən təyyarə qəzası, Azərbaycan tarixində unudulmaz bir faciə kimi yadda qaldı. Hadisə 2024-cü il dekabrın 25-də, Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer E190” təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə başladı. Təyyarədə olan 67 nəfərdən 38-i, o cümlədən hər iki pilot həlak olub, 29 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq xilas edildi.

Hadisə zamanı təyyarənin planlaşdırılmış marşrut üzrə hərəkət etdiyi, lakin qəfil texniki nasazlıq və ya hava şəraiti ilə əlaqədar olaraq Aktau hava limanına təcili eniş etməyə çalışdığı bildirilir. İlkin məlumatlara görə, təyyarənin qəzaya uğramasına yanacaq sistemindəki problem səbəb olmuş ola bilər. Lakin Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə təyyarənin Rusiyanın hərbi qüvvələri tərəfindən vurulduğunu bəyan etdi. O qeyd etdi ki, Rusiya bu hadisə ilə bağlı üzr istəyib, lakin Azərbaycanın qoyduğu əsas şərtləri – günahın tam etirafını, günahkarların cəzalandırılmasını və təzminat ödənilməsini – hələlik yerinə yetirməyib.

Prezident İlham Əliyev hadisə ilə bağlı dərhal Dövlət Komissiyasının yaradılması barədə göstəriş verdi. Azərbaycan hökuməti tərəfindən araşdırmalara başlanıldı vəhəlakolanlarınailələrinə maddi və mənəvi dəstək göstərildi. Qəzanın dəqiq səbəblərini müəyyən etmək üçün həm yerli, həm də beynəlxalq ekspertlər cəlb edildi.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də qəza ilə bağlı xüsusi müşavirə keçirərək, hadisənin bütün təfərrüatlarının öyrənilməsini tələb etdi. Azərbaycan və Qazaxıstan tərəfi bu məsələdə birgə əməkdaşlıq etməyə qərar verdi. Bundan əlavə, Rusiya tərəfinin də hadisənin araşdırılmasında iştirak etdiyi qeyd olunur.

Qəzada həyatını itirənlərin cəsədləri Azərbaycana gətirildi və dövlət səviyyəsində dəfn mərasimləri keçirildi. Həlak olanların ailələrinə Azərbaycan hökuməti tərəfindən başsağlığı verildi və dəstək göstərildi. Xəsarət alanlar isə təcili tibbi yardımla təmin edildi və bir neçəsi müalicə üçün xaricə göndərildi.

Hadisə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etdi. Bir çox ölkələr başsağlığı mesajları göndərdi və hadisənin obyektiv araşdırılması üçün dəstək təklif etdi. Bu qəza həm də beynəlxalq aviasiya təhlükəsizliyinin yenidən nəzərdən keçirilməsi üçün mühüm bir siqnal oldu.

Hadisə ilə bağlı aparılan araşdırmalar hələ də davam edir. Ekspertlər təyyarənin texniki vəziyyətini, hava şəraitini və insidentin baş verməsinə səbəb olan bütün mümkün amilləri təhlil edirlər. Hadisənin əsas səbəbləri tam müəyyən edildikdən sonra, beynəlxalq və regional səviyyədə müvafiq tədbirlər görülməsi gözlənilir.Aktau təyyarə qəzası yalnız Azərbaycan üçün deyil, bütün region üçün ağır bir dərs oldu. Bu hadisə bir daha aviasiya təhlükəsizliyinin nə qədər vacib olduğunu və bu istiqamətdə daim təkmilləşmə tələb etdiyini xatırlatdı.

Rəna Borayeva,
Xəzər rayonu E.Əliyev adına 234 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button