
Son illərdə Qazaxıstan regional sabitliyin və iqtisadi tərəqqinin əsas dayaqlarından birinə çevrilib. Ölkə enerji, nəqliyyat və rəqəmsal transformasiya sahələrində həyata keçirdiyi islahatlarla Mərkəzi Asiyada lider mövqeyini daha da möhkəmləndirir. Neft və qaz ixracının artırılması ilə yanaşı, Qazaxıstan alternativ enerji mənbələrinə də böyük sərmayə yatırır ki, bu da gələcək dayanıqlı inkişafın əsasını qoyur.
Dövlət siyasətində iqtisadi liberallaşma və biznes mühitinin yaxşılaşdırılması əsas prioritetlərdəndir. Xarici sərmayədarlar üçün yaradılan əlverişli şərait ölkəyə milyardlarla dollar dəyərində investisiyanın axınına səbəb olub. Bunun nəticəsində yeni sənaye müəssisələri, logistika mərkəzləri və innovativ texnoparklar formalaşır.
Qazaxıstan həm də beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi tanınır. Astananın diplomatik fəallığı regionda təhlükəsizlik, sülh və əməkdaşlıq üçün mühüm platformalar yaradıb. Ölkə, həm MDB, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində aparıcı rola malikdir.
Bu gün Qazaxıstanın artan iqtisadi gücü, siyasi sabitliyi və sosial rifah səviyyəsi onu regional nümunəyə çevirib. Daxili islahatlarla paralel aparılan xarici siyasət kursu ölkənin beynəlxalq arenada nüfuzunu getdikcə yüksəldir.
Kamran Mustafayev,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi



