“Ekipaj üzvlərinin peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb”.
Reportyorinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AZAL-ın prezidenti Samir Rzayev bildirib.
“Bu bizim üçün çox böyük hadisə idi. Məsələ araşdırılır və səbəbləri barədə ictimaiyyətə məlumat veriləcək. Allah həlak olanlara rəhmət, sağ qalanlara şəfa versin”, – S. Rzayev əlavə edib.
O bildirib ki, təyyarənin “qara qutu”su tapılıb: “Hazırda “qara qutu”nun oxunması ilə bağlı müəyyən konvensiyalar, beynəlxalq qanunvericliyə uyğun prosedurlar var ki, onlara riyayət edib oxunmanı həyata keçirəcəyik. Sonra hər şey aydın olacaq”.