Gündəmİdman

Messi Argentina və Barselona barədə xatirələrini bölüşüb

ABŞ-nin “İnter Mayami” futbol komandasının hücumçusu Lionel Messi Argentinadakı həyatı və Barselonaya köçməsi haqqında danışıb.

“Reportyorinfo.az” xəbər verir ki, o, bu barədə “NBC News”a müsahibəsində söhbət açıb.

“Argentina uşaqlıqdan bəri mənim üçün hər şey olub. Həyatda hər şeyi orada, evdə öyrəndim. Atamdan və anamdan öyrəndiyim dəyərləri və lap əvvəldən ailəmlə bağlı olan tərbiyəni… Sonra Barselonaya köçdüm və sıfırdan başlamalı oldum. Heç kimi tanımadığım yeni ölkədə tək idim. Zaman keçdikcə bütün bu təcrübəni yeni həyatıma daşıdım”, – o deyib.

Messi cari mövsümdə MLS-in ən çox qol vuran oyunçusu olub. Argentinalı futbolçu 28 matçda 29 qol vurub və 19 məhsuldar ötürmə edib.

Oxşar Xəbərlər

Back to top button