İdmanGündəm

“Milan”ın baş məşqçisi Luka Modriçin keçidini təsdiqləyib

İtaliyanın “Milan” klubunun baş məşqçisi Massimiliano Alleqri İspaniyanın “Real Madrid” komandasının yarımmüdafiəçisi Luka Modriçlə razılıq əldə etdiklərini təsdiqləyib.

Reportyorinfo.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Mütəxəssis 39 yaşlı futbolçunun avqust ayında komandaya qoşulacağını bildirib.

Hazırda Modriç Madrid təmsilçisinin heyətində klublararası dünya çempionatında çıxış edir. O, turnirin sonunda “kral klubu”u ilə yollarını ayıracaq.

Qeyd edək ki, Luka Modriç başa çatan mövsümdə “Real Madrid”in heyətində 62 oyunda 4 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar Xəbərlər

Back to top button