GündəmSiyasət

Monteneqro Baş nazirinin müavini: Azərbaycanla Ermənistan arasında Sülh sazişi davamlı regional sabitliyin və rifahın təmin edilməsinə mühüm töhfədir

Monteneqro Azərbaycan ilə Ermənistan arasında Sülh sazişinin paraflanmasını alqışlayır.

Reportyorinfo.az AZƏRTAC-a istinadən  xəbər verir ki, bu barədə Monteneqro Baş nazirinin xarici və Avropa məsələləri üzrə müavini Filip İvanoviç X sosial şəbəkəsindəki paylaşımında bildirib.

“Monteneqro ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasını alqışlayır. Bu, sülhün, eləcə də davamlı regional sabitliyin və rifahın təmin edilməsinə mühüm töhfədir. Azərbaycan, ABŞ və Ermənistan liderlərini təbrik edirik”, – deyə Baş nazirin müavini vurğulayıb.

Oxşar Xəbərlər

Back to top button