AnalitikaGündəmSiyasət

Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycandır

27 sentyabr 2022-ci il tarixində Ermənistanın Azərbaycana növbəti təcavüzünə cavab olaraq başlayan müharibə 44 gün davam etdi.Bununla da hələ 90-cı illərin əvvəllərindən başlayaraq Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının uzunmüddətli işğalına son qoyuldu.

Torpaqlarımızın azad edilməsi ,Azərbaycanın ərazi bütövlüyünün bərpası Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu və siyasətinin əsas qayəsi idi. Ömrünü Azərbaycanın dövlət quruculuğuna,müstəqilliyinə həsr edən Heydər Əliyev “ Bizim əsas işimiz respublikanin ərazi bütövlüyünü təmin etməkdən ibarətdir. Şuşasız Qarabağ olmaz, Qarabağsız Azərbaycan ümumiyyətlə yoxdur ” deyirdi.
Hələ 1987-ci ildə Mxail Qorbaçovun Ermənistana havadarlığı, ermənilərin çoxdan planlaşdırdığı təcavüzkar separatizm siyasətinin həyata keçirilməsinə və Azərbaycanın 20% torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına səbəb olmuşdu.

Lakin Ümummilli Lider müxtəlif tribunalardan çıxışları zamanı hər dəfə qeyd etmişdir ki, Azərbaycanın ərazi bütövlüyü heç bir halda güzəşt mövzusu olmayacaqdır.
Bütövlükdə, Ümummilli Lider Heydər Əliyev prezidentliyi dövründə beynəlxalq ictimaiyyətə Azərbaycanın mövqeyini anlatmağa nail olmuş, müharibə ilə bağlı həqiqi arqumentlər irəli sürmüş, ölkələr arasında qırğınları dayandırmaq üçün atəşkəs razılaşmasına nail olmuş, beynəlxalq təşkilatları Azərbaycan və Ermənistan arasındakı Qarabağ məsələsini öz gündəmlərində aparılan müzakirələrə daxil etməyə inandırmış, və münaqişənin həllini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə yönləndirmiş ki, bu da sonradan münaqişənin həlli üçün hüquqi baza yaratmışdır.

Ulu Öndər, bu müqəddəs vəzifəni “44 günlük müharibə” nəticəsində Azərbaycan torpaqlarını erməni işğalından azad etməklə ata vəsiyyətini həyata keçirməyə nail olan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə vəsiyyət etmişdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 8 noyabr 2020-ci il tarixində Şuşa şəhəri işğaldan azad edildikdən sonra Şəhidlər Xiyabanında xalqa müraciəti zamanı bildirmişdir ki, “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!”

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsi ilə Azərbaycan müharibədə qəti qələbə qazanmışdır və bundan dərhal sonra Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanat imzalanmışdır. 1 dekabr 2020-ci il tarixi etibarilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısıdır. Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu nəhayət ki, gerçəkləşmiş, Azərbaycan Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandanlığı ilə beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini bərpa etmişdir.

Siyasət Həsənov,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button