
Avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərə səfər edərək şəhərin bərpa və infrastruktur layihələri ilə tanış oldular. Səfər çərçivəsində Vəng kəndində kiçik su elektrik stansiyalarının açılışı, şəhərin mərkəzində isə bal və arıçılıq məhsulları mağazasının təqdimatı keçirildi. Bundan əlavə, Kəlbəcərdə növbəti yaşayış komplekslərinin təməli qoyuldu və Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunda işlərin gedişi yoxlanıldı.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən ən mühüm layihələrdən biri Murovdağ silsiləsindən keçən Toğanalı–Kəlbəcər–İstisu yoludur. Yolun 82 kilometrlik hissəsi iki mərhələdə tikilir və Murovdağ tuneli onun təhlükəsiz istismarını təmin edir. Tunel uzunluğuna görə dünyada 18-ci, MDB ölkələrində isə birinci yerdədir, iki gediş və iki gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq. Layihədə əlavə olaraq 2636 metr uzunluğunda daha dörd tunel tikilir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu infrastruktur layihələri işğaldan azad olunmuş ərazilərin inkişafı, sakinlərin rahat yaşayışı və regionun iqtisadi canlanması üçün strateji əhəmiyyət daşıyır.
Yeni Azərbaycan Partiyasının fəalı
Nigar Cəlalova