AnalitikaGündəmSiyasət

Müzəffər xalqın tarix yazdiği gün: 8 Noyabr

8 Noyabr – Azərbaycan xalqının tarixinə qızıl hərflərləyazılmış, milli yaddaşımızda əbədi yaşayacaq, dövlətçiliktariximizin ən mühüm səhifələrindən birini təşkil edən ZəfərGünüdür. Bu tarix yalnız hərbi qələbənin, ərazibütövlüyünün bərpasının və tarixi ədalətin təminolunmasının rəmzi deyil, həm də xalqın sarsılmaziradəsinin, milli birliyinin, dövlətə bağlılığının və müstəqilgələcəyinə olan inamının təcəssümüdür. Zəfər GünüAzərbaycan xalqının onilliklər ərzində qəlbində yaşatdığı birarzunun gerçəyə çevrildiyi, milli qürur və ləyaqət hissininyeni məna qazandığı tarixi gündür.

Otuz ilə yaxın davam edən işğal dövrü Azərbaycanxalqının yaddaşında ağır faciələr, doğma yurdlarındandidərgin düşmüş insanların nisgili, dağıdılmış şəhər vəkəndlər, talan edilmiş tarixi və mədəni irsimizlə yadda qaldı. Qarabağ və Şərqi Zəngəzur torpaqları yalnız coğrafi ərazideyil, xalqımızın tarixi, mədəniyyəti, mənəvi dəyərləri və milli kimliyinin ayrılmaz parçasıdır. Bu torpaqlara qayıdış arzusuillər boyu milyonlarla insanın düşüncəsində, duasında vəgələcəyə olan ümidində yaşadı. Azərbaycan xalqı heç vaxtöz tarixi torpaqlarına olan bağlılığını və dövlət suverenliyininbərpası istəyini itirmədi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsiAzərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcıoldu. 44 gün davam edən müharibə zamanı AzərbaycanOrdusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızınazad edilməsi istiqamətində mühüm nailiyyətlər əldə etdi. Bu müharibə xalqımızın ordu ilə birliyini, milli həmrəyliyini, dövlətçilik iradəsini və Vətən uğrunda fədakarlığını bütündünyaya nümayiş etdirdi. Cəbhədə döyüşən hər bir əsgər vəzabitin qəhrəmanlığı, arxa cəbhədə xalqımızın nümayişetdirdiyi həmrəylik qələbənin mühüm tərkib hissəsinəçevrildi.

2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azadedilməsi müharibənin taleyini müəyyənləşdirən tarixihadisələrdən biri oldu. Qarabağın tacı, Azərbaycanınmədəniyyət beşiyi, milli ruhumuzun və tarixi yaddaşımızınrəmzi olan Şuşanın azadlığı Zəfər tariximizin xüsusisəhifəsinə çevrildi. Şuşanın azad edilməsi yalnız stratejiəhəmiyyət daşımırdı, həm də xalqımızın mənəvi dünyasındaillərlə davam edən həsrətin sona çatmasının rəmzi idi. Məhzbu tarixi hadisənin baş verdiyi 8 Noyabrın Zəfər Günü kimiqeyd olunması onun milli tariximizdəki xüsusi yerinimüəyyənləşdirdi.

Bu qələbənin arxasında böyük siyasi iradə, düşünülmüşdövlət strategiyası, güclü ordu quruculuğu, müasir hərbipotensial və xalqın birliyi dayanırdı. AzərbaycanRespublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanİlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlüsiyasət nəticəsində ölkəmizin müdafiə qabiliyyətigücləndirildi, beynəlxalq münasibətlər sistemində milli maraqlarımızın qorunması istiqamətində ardıcıl addımlaratıldı. Vətən müharibəsi Azərbaycanın öz taleyinimüəyyənləşdirmək əzmini, milli maraqlarını qorumaq üçünsiyasi, diplomatik və hərbi imkanlarından istifadə etməkiradəsini nümayiş etdirdi.

Zəfərin ən böyük mənəvi dəyəri isə bu tarixin arxasındadayanan insan taleləridir. Vətən uğrunda canından keçənşəhidlərimizin müqəddəs xatirəsi, sağlamlığını itirənqazilərimizin fədakarlığı, döyüş meydanında qəhrəmanlıqgöstərən hərbçilərimizin şücaəti heç vaxt unudulmamalıdır. Şəhid ailələrinin çəkdiyi ağrı, qazilərimizin həyat mübarizəsivə müharibənin xalqımıza yaşatdığı ağır sınaqlar Zəfərinmənəvi məsuliyyətini daha da artırır. Bu gün azad səmaaltında yaşamaq, doğma torpaqlarımızda bayrağımızındalğalanmasını görmək hər birimizin üzərinə şəhidlərimizinəmanətinə sahib çıxmaq məsuliyyəti qoyur.

Zəfər Günü həm də müharibədən sonrakı dövrünmahiyyətini dərk etmək baxımından mühüm əhəmiyyətdaşıyır. Çünki qələbə yalnız torpaqların azad edilməsi ilətamamlanmır. Əsl tarixi məsuliyyət həmin ərazilərdə həyatınyenidən qurulması, dağıdılmış infrastrukturun bərpası, sosial-iqtisadi inkişafın təmin edilməsi və əhalinin təhlükəsizşəkildə doğma yurdlarına qayıdışının təşkili ilə davam edir. Bu baxımdan Böyük Qayıdış prosesi Azərbaycanınqarşısında duran strateji vəzifələrdən biridir. Qarabağ vəŞərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləriqələbənin sülh, inkişaf və tərəqqi ilə möhkəmləndirilməsiistiqamətində atılan mühüm addımlardır.

Xüsusilə qeyd etmək lazımdır ki, azad edilmiş ərazilərinyenidən qurulmasında su ehtiyatlarının səmərəli idarəolunması, içməli su təchizatı və kanalizasiya sistemlərininyaradılması, suvarma infrastrukturunun bərpası, hidrotexnikiqurğuların tikintisi və ekoloji tarazlığın qorunması mühümstrateji əhəmiyyət daşıyır. Su təhlükəsizliyi, müasirinfrastruktur və dayanıqlı kommunal xidmətlər BöyükQayıdışın əsas təminatlarından biridir. Bu istiqamətdəhəyata keçirilən layihələr azad edilmiş ərazilərin gələcəkiqtisadi potensialının reallaşdırılmasına və insanların doğmatorpaqlarında layiqli yaşayış şəraitinin formalaşdırılmasınaxidmət edir.

Bu gün Zəfər Günü bizə bir daha xatırladır ki, dövlətingücü yalnız iqtisadi göstəriciləri, hərbi potensialı vəbeynəlxalq nüfuzu ilə ölçülmür. Dövlətin əsl gücü onunvətəndaşlarının birliyində, milli maraqlar ətrafında səfərbərolmaq bacarığında, tarixi yaddaşına sahib çıxmasında vəgələcək nəsillər qarşısında məsuliyyətini dərk etməsindədir. Zəfərdən sonra qarşıda duran əsas vəzifələrdən biri əldəedilmiş nailiyyətlərin qorunması, dövlət institutlarınıngücləndirilməsi, iqtisadi inkişafın davam etdirilməsi vəölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsidir.

Tarix göstərir ki, torpaqları işğaldan azad etmək böyükqəhrəmanlıq tələb etdiyi kimi, həmin torpaqlarda həyatqurmaq, iqtisadi və sosial inkişafı təmin etmək, milli-mənəvidəyərləri yaşatmaq da böyük məsuliyyət və ardıcıl fəaliyyəttələb edir. Bu baxımdan Zəfər Günü yalnız keçmişin qürurlaxatırlanması deyil, həm də gələcəyə ünvanlanan mühüm birçağırışdır. Hər bir vətəndaş öz fəaliyyəti, peşəkarlığı, dövlətə və cəmiyyətə faydalı əməyi ilə bu tarixi qələbənindavamlı nəticələrə çevrilməsinə töhfə verməlidir.

Unutmamalıyıq ki, Zəfər bizə yalnız qürur deyil, həm dəböyük məsuliyyət miras qoyub. Şəhidlərimizin qanıbahasına azad edilmiş torpaqların qorunması, dövlətimizinmüstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, milli birliyimizin saxlanılması və gələcək nəsillərə güclüAzərbaycan dövlətinin ötürülməsi hər birimizin mənəviborcudur. Bu gün yetişən gənc nəsil Zəfər tarixini yalnız birhərbi qələbə kimi deyil, həm də vətənpərvərlik, fədakarlıq, milli birlik və dövlətçilik məktəbi kimi öyrənməlidir.

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixqarşısında öz sözünü dediyi, milli iradəsini nümayiş etdirdiyivə gələcəyini daha böyük inamla qurmağa başladığı gündür. Bu tarix sübut etdi ki, milli birlik, dövlətçilik düşüncəsi, güclüordu və xalqın sarsılmaz iradəsi bir araya gəldikdə ənmürəkkəb tarixi vəzifələrin öhdəsindən gəlmək mümkündür.

Qoy Şuşada dalğalanan üçrəngli bayrağımız daimyüksəklərdə dalğalansın! Şəhidlərimizin əziz xatirəsixalqımızın qəlbində əbədi yaşasın, qazilərimizə ehtiramımızdaim olsun. Zəfərimizin siyasi, iqtisadi, sosial və mənəvinəticələri gələcək nəsillər üçün güclü, müstəqil və suverenAzərbaycanın möhkəm təməlinə çevrilsin.

 

Kamran Quliyev,
YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı (ADSEA) üzrə ərazi partiya təşkilatının sədr müavini.

Oxşar Xəbərlər

Back to top button