On səkkiz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Reportyorinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Neftçi”nin futbolçusu Murad Məmmədov və “Qarabağ”ın üzvü Şahismayıl Cəfərli zədə səbəbindən bu gün başlayan təlim-məşq toplanışına qatılmayıblar. Onların əvəzinə “Zirə”dən İbrahim Babayev və “Şamaxı”dan İsa Hüseynov komandaya qoşulublar.
Qeyd edək ki, U-18 millisi dekabrın 1-dək Qəbələdə təlim-məşq toplanışı keçəcək.