Nizami rayonunda “Sən elə bir zirvəsən” adlı ədəbi-musiqili tədbir keçirilib
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Neft Emalı Zavodununda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Sən elə bir zirvəsən” adlı ədəbi-musiqili tədbir keçirilib.
Reportyorinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub. Sonra tədbirdə “Asiman” rəqs qrupunun, 8 nömrəli UGİM-in şagirdlərinin şeirləri və mahnıları, “Kefli İskəndər” kompozisiyanın monoloqu səsləndirilib, “Məhəbbət nağılı” kompozisiyası, o cümlədən İncəsənət Gimnaziyasının şagirdlərinin hazırladığı “Dahilərin görüşü” səhnəciyi nümayiş etdirilib.
Tədbirin musiqili qonaqları olan gənc xanəndə Pərvaz İbrahimlinin çıxışı və respublikanın Əməkdar artisti, Opera və Balet teatrının solisti İlkin Əhmədov “Sən elə bir zirvəsən” ifası ilə tamaşaçılarda xoş təəssürat yaradıb.
Sonda YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Nizami Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhmən Hüseynov, 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Təranə Aslanova və başqaları çıxış ediblər.
Sonda xatirə şəkli çəkdirilib.