
Birinci Dünya Müharibəsi nəticəsində çoxəsirlik imperiyalar dağıldı.Kütləvi fəlakətlərə səbəb olan müharibələrin qarşısını almaq,dünya dövlətlərini birgə koordinasiya etmək üçün dövlətlər birliyi –Millətlər Liqası 1919-cu ildə təşkil edildi.Bu təşkilat əvvəl qərb dövlətlərinin birliyi idi.XXəsrin neft əsiri olması səbəbindən qərb dünyası ölkələri əsasən nisbətən zəif və yeni inkişafa başlayan,həmçinin milli azadlıq əldə edən ölkələri iqtisadi ekspansiya edərək,öz maraq və təsir dairələrinə salırdılar. Bu cür siyasət XX əsrin yeni imperialist işğalçı modeli idi. II Dünya Müharibəsindən sonra, iri və inkişaf etmiş qalib dövlətlər, zəif inkişaf edən və iqtisadi ekspansiyaya salınmış dövlətlərin ərazisində öz silahlı qüvvələrinə aid hərbi bazalarını yaratmağa və yerləşdirməyə başladılar.Bu cür diplomatiya ,,soyuq müharibə,, dövrünün sonuna qədər ideologiyaların mübarizəsi dövrü idi.Belə hərbi bazalar bütün qitələrdə yerləşdirilmişdir.Artıq dünya idarəçiliyinin bu dövründən başlayaraq yeni diplomatik əlaqələr modelləri-strateji tərəfdaşlar,strateji müttəfiqlər anlayışları işlənməyə başladı.İnkişaf etmiş və hərbi bazasının yerləşdiyi ölkə ilə iqtisadi ,hərbi ticarət və ticarət əlaqələri əsas olaraq siyasi meydanda dominion ölkəni siyasi meydanda müdafiə etməsi dövlətləri rəqib dövlətlər qarşısında müttəfiq dövlətlər kimi göstərməyə çalışır,dünya ictimaiyyəti önündə özlərini bir xilaskar kimi təqdim edirdilər.XX əsrin sonu XXI başlanğıcında daha çox insan hüquqları haqqında yeni fikir və qaydalar,konqres və sammitlərin qəbul etdiyi qərarlar nəticəsində işğalçılığı sözdə pisləyən, lakin ona meyilli dövlətləri daha yeni və yumuşaq ekspansiya modeli –Böyük təşkilatların xətti ilə maliyyə kreditlərini vermək adı ilə öz siyasi ambisiya və milli maraqlarını tətbiq edirdilər.
1991-ci ildə müstəqillik əldə edən Azərbaycan Respublikası iqtisadiyyatını inkişaf etdirmək üşün təbii sərvəti –neft və neft məhsulları xammalını 1994-cü il ,,Əsrin müqaviləsi,,nə uyğun olaraq maliyyə krediti almaq müqabilində nefti satmağa başladı.Bu hal ,,Cənub axını,,qaz yanacağının avropaya daşınmasındada təbiq olundu.Verilən kreditlər müqabilində yeni inkişaf etməyə başlayan ölkələrdə insan hüquqları,demokratik təsisatlar,yeni idarə modelləri və s.tətbiq olunmalı idi.Amma, cəmiyyətlər bu geniş dəyişikliklərəhazır deyildi.Buna baxmayaraq bu kimi yeniliklər cəmiyyəti inkişaf etdirdi.Nəticədə, bu gün Azərbaycan Respublikası ilə neft, qaz və digər ticari əlaqələr quran ölkələr bu münasibətləri strateji tərəfdaş münasibətləri kimi dəyərləndirir və qiymətləndirir.Strateji tərəfdaşlıq müəyyən sahələr üzrə sabit,irəliləyən və inkişaf edən təhlükəsizliyi təmin olunan,yüksək tribunalarda siyasi mövqeyi müdafiə edilən əməkdaşlıqdır.Belə bir münasibət Azərbaycan Respublikası xarici siyasətinin prioriteti olmuş və daima diqqət mərkəzindədir.Azərbaycanın strateji tərəfdaşları Rusiya Federasiyası , Gürcüstan , Ükrayna , Moldova,İtaliya, Bolqarıstan, və başqa ölkələrdir.
Azərbaycan Respublikasının strateji müttəfiqi Türkiyə Respublikasıdır.Bu münasibətlərin əsası Ümummilli lider Heydər Əliyev və Türkiyə Respublikasının prezidenti Süleyman Dəmirəl tərəfindən 28 may 1992-ci il də açılan Sədərək-Dilucu ,,Ümid,,körpüsünün açılışı ilə qoyulmuşdur.,,Bakı Tbilisi Ceyhan,, , ,,Bakı Tbilisi Qars,, və başqa layihələr bu münasibətləri daha da sıxlaşdırmışdır.44 günlük Vətən Müharibəsində siyasi və hərbi dəstək göstərən Türkiyə Respublikası əsil müttəfiq və qardaş ölkə kimi Azərbaycanın haqlı tərf olaraq tərəfini saxlamış,bu jest və bəyanatları ilə rəqiblərini xəbərdar etmişdir.2021-ci ilin iyun ayında Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən imzalanan ,,Şuşa Bəyannaməsi,, Azərbaycan və Türkiyə arasında münasibətləri daha yeni bir mərhələyə keçirdi.Bu müttəfiqlik münasibətləri ölkələr arasında olan münasibətləri kompleks ehtiva edir və ona xüsusi bütöv bir yanaşma göstərir.
Kamran Mustafayev
YAP Xəzər rayon təçkilatının məsləhətçisi