Analitika

Ölkəmizin nüfuzu dünyada artmaqda davam edir

Əlli ildən sonra 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2-ci dəfə Bakıda  keçirilməsi  olduqca əlamətdar hadisədir. Açılış mərasimində 3200-dən artıq qonaq iştirak edib. Onların sırasında qlobal kosmik ictimaiyyətin nüfuzlu nümayəndələri, ABŞ, Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Yaponiya, İtaliya, Böyük Britaniya, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Qazaxıstanın kosmik agentliklərinin, şirkətlərinin təmsilçiləri, Beynəlxalq Telekommunikasiya İttifaqı, BMT-nin Kosmik fəzanın sülh məqsədləri üçün istifadəsi üzrə komitəsi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) rəhbər heyəti, həmçinin Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar olub.  Sevindirici haldır ki, açılış mərasimində Azərbaycanın tarix və mədəniyyətini, görkəmli elm xadimlərini, həmçinin 1973-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Azərbaycanın ev sahibliyi etdiyi 24-cü Beynəlxalq Astronavtika Konqresini əks etdirən videoçarx nümayiş olunub.

Ölkəmizin dünyada artmaqda olan  nüfuzu Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Əməkdaşlıq əlaqələrinin nəticəsində icra olunan layihələr ölkəmizdə təkcə iqtisadi sahədə ticari dövriyyənin artmasıyla deyil,  həm də ölkəmizin suverenliyinin və  ərazi bütövlüyünün təminatçısıdır.  Bu gün Azərbaycan müstəqil dövlət olaraq daha da güclənir, dünya miqyasında söz sahibi olan dövlətə çevrilir. Digər dövlətlərlə aparılan əməkdaşlıq əlaqələrinin mövcudluğu və inkişafı  cənab prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir. Məhz onun düşünülmüş siyasətidir ki, bu gün Azərbaycan Respublikası beynəlxalq arenada güvən, etibar, nüfuz, ciddi tərəfdaş kimi tanınır. Bunun əsasında sözsüz ki  ölkəmizin qüdrəti ilə yanaşı, ölkə başçısının şəxsi nüfuzu da əsas rol oynayır. Bir şəxsiyyət olaraq İlham Əliyevin dediyi sözlər və verdiyi qərarlar birmənalı şəkildə hər kəsdə güvən və etibar yaradır.

Müxtəlif sahələrdə genişlənən və daha da dərinləşən əməkdaşlıq münasibətləri onu deməyə əsas verir ki, indiyədək əldə olunan dinamikanı bundan sonra da artıraraq  yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdiriləcək. Hal-hazırda icra olunan bir çox layihələr ölkəmizin nüfuzunu daha da gücləndirəcək.

Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Back to top button