
Avaza şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə keçirilən Zirvə görüşü region üçün strateji əhəmiyyət kəsb edir. Özbəkistanın təşəbbüsü ilə Xankəndidə fəaliyyət göstərən iri tikiş fabriki bölgədə iqtisadi fəallığı artırır və yeni iş yerləri yaradır. Fabrikin genişləndirilməsi daha çox əməkdaşın işə cəlb olunmasına imkan verəcək. Füzulidə inşa edilmiş Mirzə Uluqbəy adına 960 şagirdlik məktəb isə gənclərin təhsil imkanlarını genişləndirir. Bu layihələr Azərbaycan və Özbəkistan arasındakı dostluğun əməli göstəricisi kimi qiymətləndirilir. Avaza görüşü çərçivəsində yaradılan üçtərəfli əməkdaşlıq formatı siyasi, iqtisadi və mədəni sahələrdə birgə layihələrin hazırlanmasını təmin edəcək. Nəqliyyat, enerji, logistika və humanitar sahələrdə reallaşdırılacaq layihələr regional sabitliyi və tərəfdaşlığı möhkəmləndirəcək. Üç ölkənin konkret təşəbbüsləri Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının bərpasına və Qarabağın dirçəldilməsinə dəstək verir. Bu əməkdaşlıq formatı Mərkəzi Asiya və Cənubi Qafqaz arasında strateji körpü funksiyasını daşıya bilər. Zirvə görüşü regional sabitliyin, təhlükəsizliyin və qarşılıqlı etimadın təmin olunmasına xidmət edən yeni model kimi qiymətləndirilir.
Nigar Cəlalova
Yeni Azərbaycan Partiyasının fəalı