Pandemiya dönəmində Azərbaycan Prezidenti beynəlxalq təşkilatların ədalətsiz mövqeyinə ilk etiraz edənlərdən oldu
Azərbaycan Qoşulmama Hərəkatına (QH) sədrliyi 2019-cu ildən etibarən üç il müddətinə həyata keçirməyə başlayıb. 2019-cu ildə ölkəmiz QH-nin sammitinə uğurla ev sahibliyi etdi və bu tədbirdə Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcək. Belə də oldu. Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra Azərbaycanın quruma sədrlik etməsi üzv dövlətlərin ölkəmizə olan etimadının və Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, eləcə də respublikamızın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsinə çevrildi. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur.Azərbaycanın sədrliyinin koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, ölkəmiz çevik və səmərəli şəkildə öz sədrlik gündəliyini yeni reallığa uyğunlaşdırdı. Əlbəttə, bu prosesdə Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin təşəbbüskarlığı, qətiyyəti və siyasi iradəsi də mühüm rol oynadı. Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Belə ki, məhz Azərbaycanın sədrliyi altında Qoşulmama Hərəkatı dünya ictimaiyyətini pandemiya ilə mübarizədə səfərbər etdi. Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında QH-nin COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirildi. Bu sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif dünya ictimaiyyəti tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir hesab olunur. Eyni zamanda, QH sədri kimi ölkəmiz “peyvənd millətçiliyi”nə qarşı uğurla mübarizə apardı. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi.Məlumat üçün qeyd edək ki, hazırda Azərbaycanın sədri olduğu Qoşulmama Hərəkatı üzvlərinin sayına görə BMT-dən sonra ikinci ən böyük təşkilat olma xüsusiyyətini daşıyır. Qoşulmama Hərəkatı müharibəyə qədər olduğu kimi müharibə və post-müharibə dövründə də Azərbaycana açıq dəstəyini ifadə etmişdir. Əlbəttə, beynəlxalq aləmdə baş verən proseslərin məntiqi elədir ki, məhz indiki vaxtda, dünyanın çoxqütblü olduğu, geosiyasi xəritədə yenidən qarşıdurma vəziyyətində olan bloklar və koalisiyalar yarandığı şəraitdə “soyuq müharibə” başa çatandan sonra bir qədər zəifləmiş Qoşulmama Hərəkatının rolu yenidən Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu sayəsində artmaqdadır. Digər tərəfdən, 2011-ci ildə Qoşulmama Hərəkatına daxil olmağımızla bağlı qərar Azərbaycan üçün xarici siyasət davranışında prioritet yeri tutan Ermənistanla münaqişə kontekstində çox vacib idi. Hadisələr göstərdi ki, Prezident İlham Əliyev 10 il əvvəl Azərbaycanı dünyanın ən böyük ikinci təşkilatına üzv etməklə illər sonrakı qələbənin əsasını qoydu. Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında hərəkat mühüm platformaya sahibdir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və bu istiqamətdə görülmüş və görüləcək işlər Qoşulmama Hərəkatının Azərbaycan üçün beynəlxalq müstəvidə yüksək naliyyətlər əldə etməsinə şərait yaradacaqdır.Lakin, Fransanin Beynəlxalq aləmdə mövqeyi Azərbaycanin bu hərəkata qoşulmasina öz dəstəyini nümayiş etdirmir.Bir sözlə desək Fransanin riyakar ermənisayaği siyasi mövqeyi hec də onlara və müttəfiqlərinə beynəlxalq aləmdə uğur gətirməyəcək,əksinə onu daha da geri edəcək.Əgər tarixə nəzər salsaq ötən əsrin ikinci rübündə Fransa beynəlxalq aləmdə qanli cinayətlər və separatçiliq mövqeyi ilə yaddaşlarda həkk olmuşdur.Əlcəzairdə və Sakit okean boyunca orada öz hərbi maraqlar naminə kütləvi qirgin silahlarini sinaqdan keçirmişdir və bununlada beynelxalq hüquqi normativ aktlari pozmuşdur.Məhz bunlara görə bugünkü gündə Fransa bu hərəkatlar siralarindan kənarda qalir. Hesab edirəm ki,ölkəmiz bu hərəkata qoşulmaqla həm dünya miqyasinda öz nüfuzunu yuksəltmiş olur və sulhə əmin-amanliqa öz töhfəsini vermiş olur.
Əliyev Eyyub,
YAP-ın gənc fəalı