Analitika

Paytaxtın Azadlıq Meydanında keçirilən Zəfər paradı öz möhtəşəmliyi ilə hələ çox yaddaşlarda qalacaqdır

2020-ci il dekabrın 10-da paytaxtın Azadlıq Meydanında keçirilən Zəfər paradı öz möhtəşəmliyi ilə hələ çox yaddaşlarda qalacaqdır. Qələbə Paradın möhtəşəmliyi. “Dəmir yumruq” əməliyyatında – Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilmişdir. Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı qardaş Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu tarixi parad hər bir vətəndaşda böyük qürur hissi, ruh yüksəkliyi yaradır. Qələbə paradı bizim bütün şəhidlərin – həm birinci, həm də ikinci Qarabağ müharibəsində şəhid olanların ruhunu həmişə şad edəcəkdir. Şükürlər olsun ki, onların qanı yerdə qalmayıb, qisası alınıb.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha bəyanatında demişdir “Biz göstərdik ki, Qarabağ Azərbaycandır, Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin”.

Azərbaycanın yeni şanlı tarixinə yazılan Vətən müharibəsində Rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqidir.

Yaşasın, Müstəqil Azərbaycan Respublikası!
Yaşasın, Müzəffər Ali Baş Komandan İlham Əliyev!
Yaşasın Rəşadətli Azərbaycan Ordusu!

Abbasova Yeganə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button