AnalitikaGündəmSiyasətSosial

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi mühüm siyasi mesajlarla yadda qaldı

“Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bu gün və gələcək üçün regional və qlobal miqyasda aktuallıq kəsb edən məsələlər ilə bağlı mühüm siyasi mesajlar verdi. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Yaxın Şərq, Türk coğrafiyası, beynəlxalq nəqliyyat marşrutları, Avrasiyada enerji təhlükəsizliyi, Avropadakı qaynar problemlərə qədər diqqət tələb edən bütün məsələlər barədə sualları cavablandırdı, rəsmi Bakının mövqeyini bir daha səsləndirdi”.

Bunu “Reportyorinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, bu gün Cənubi Qafqazın ən güclü ölkəsi və qlobal layihələrin kəşişdiyi mərkəz kimi Azərbaycanın mövqeyi beynəlxalq ictimaiyyət üçün xüsusi əhəmiyyət kəsb edir: “Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı açıqlaması, həmin layihənin əslində yalnız Şərq-Qərb deyil, eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına da xidmət edəcəyi barədə fikirləri istər İrandakı, istərsə də Rusiyadakı “narahat” dairələrin nigarançılıqlarına cavab oldu. Eləcə də Vaşinqtonda imzalanmış sənəddə nəzərdə tutulmuş öhdəliklər barədə Prezident İlham Əliyevin fikirləri Ermənistanın özündə böyük rezonans doğurub. Bəlkə də, bu gün Ermənistanda müəyyən dairələr hesab edirdilər ki, Vaşinqton razılaşmasını 2026-cı ildə keçiriləcək parlament seçkilərindən sonra tanımazlıqdan gələ bilərlər. Lakin Prezident İlham Əliyevin bu barədə xəbərdarlıq xarakteri daşıyan fikirləri Ermənistandakı revanşistləri də yerinə oturtdu. Prezident İlham Əliyevin Türkiyə, İsrail, Suriya və digər məsələlərlə bağlı fikirləri də beynəlxalq gündəmin mərkəzinə gəldi. Bütövlükdə, Prezident İlham Əliyevin Türkiyə-İsrail arasında vasitəçilik etmək barədə sözləri, Avropada və Suriyada enerji təhlükəsizliyinin təminatı, həmçinin bərpaolunan enerji strategiyası barədə danışıqları da xüsusi diqqətə səbəb oldu”.

“Prezident İlham Əliyevin Rusiya ilə münasibətlərə dair, xüsusilə də vurulan sərnişin təyyarəsi ilə bağlı fikirləri bir daha Azərbaycanın bu məsələdəki qətiyyətli mövqeyini nümayiş etdirdi” – deyən Ramil Vəlibəyov əlavə edib ki, dövlət başçısı problemlə bağlı Rusiyanın atmalı olduğu addımları da sərtaltı diqqətə çatdırdı: “Prezident İlham Əliyev müsahibəsində 2020-ci ilin noyabr ayında Rusiyaya məxsus helikopterin vurulması məsələsini əbəs yerə xatırlamadı. Bu xatırlama o demək idi ki, baxmayaraq, Rusiya helikopteri təxribat törətməklə Azərbaycan sərhədlərinə yaxınlaşdığı üçün vurulmuşdu, həmin vaxt Prezident İlham Əliyev dövlət səviyyəsində mühüm tədbirlər görmüşdü. O zaman müvafiq addımlar atılmışdı və dövlətlərarası münasibətlərə xələl gəlməməsi üçün əməli işlər görülmüşdü. Belə olan halda sual olunur ki, bəs Rusiya nə üçün adekvat addım atmır? Günahsız insanların ölümünə səbəb olmaq, sərnişin təyyarəsini vurmaq cinayətdirsə, nə üçün Rusiya bunun məsuliyyətini daşımaqdan boyun qaçırır? Rusiya da Azərbaycanın vaxtilə etdiyi kimi rəsmi üzrxahlıq etməli, təzminat ödəməlidir. Əlbəttə ki, artıq neçənci dəfədir Prezident İlham Əliyev bu barədə danışır və müvafiq mesajlarını verir. Ümid edirik ki, bundan sonra Rusiya Azərbaycanın qətiyyətli mövqeyini nəzərə alacaq və lazımi addımları atacaq”.

Oxşar Xəbərlər

Back to top button