AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin son çıxışları Azərbaycanın diplomatik irsinin qorunması və yeni dünya nizamında yer tutmaq istiqamətində atdığı strateji addımları nümayiş etdirir

“Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycanın xarici siyasət strategiyasını və diplomatik irsinin qorunması istiqamətində atdığı mühüm addımları bir daha təsdiqlədi. Bu çıxışda vurğulanan əsas məqamlar Azərbaycanın milli maraqlarını müdafiə etməklə yanaşı, yeni beynəlxalq reallıqlar çərçivəsində öz mövqeyini gücləndirdiyini göstərir. Azərbaycanın diplomatik irsinin əsasları təkcə milli kimliyin qorunması üçün deyil, həm də beynəlxalq arenada ölkənin müsbət imicinin formalaşması üçün mühüm rol oynayır”.

Bunu “Reportyorinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

O bildirib ki, Azərbaycanın son illərdəki diplomatik fəaliyyəti ölkənin beynəlxalq nüfuzunun artmasına səbəb olub. Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasət Azərbaycanın milli maraqlarını müdafiə etməklə yanaşı, beynəlxalq arenada sülh və əməkdaşlıq prinsiplərinin təşviqinə xidmət edir. Bu uğurlar Azərbaycanın gələcəkdə qlobal miqyasda daha geniş iştirakını təmin edəcək əsaslardan biridir. Prezident İlham Əliyevin son çıxışları Azərbaycanın diplomatik irsinin qorunması və yeni dünya nizamında yer tutmaq istiqamətində atdığı strateji addımları nümayiş etdirir. Xüsusilə, onun BRICS+, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda çıxışları Azərbaycanı regional liderdən qlobal aktora çevirməkdədir.

Rəşadət Xalıqov əlavə edib ki, Prezident İlham Əliyevin son çıxışında müstəqillik və suverenliyin qorunması, tarixi ədalətin bərpası, regional liderlik, sülh təşəbbüsləri, humanitar diplomatiya, regional sabitlik və bir çox mühüm istiqamətlər barədə qeyd edib. Xüsusi vurğulanıb ki, xarici siyasətimiz çox aydın, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı bizi 155 ölkə BMT Təhlükəsizlik Şurasına üzv, 120 ölkə Qoşulmama Hərəkatına sədr seçməzdi, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi. Qalib və bütövləşən Azərbaycanın hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırması ölkəmizin uğurlarının davamlılığında əsas amillərdən biridir.

Oxşar Xəbərlər

Back to top button