AnalitikaGündəmİdman

Qalib Azərbaycan öz gücünü beynəlxalq idman yarışlarında da təsdiqləyir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 24 dekabr tarixində 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib . Mərasimdə çıxış edən Dövlət başçısı ilk öncə Azərbaycan idmançılarının 2024-cü ildə əldə etdikləri uğurlar münasibətilə təbrik edib. 2024-cü ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu söyləyən İlham Əliyev idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda ləyaqətlə təmsil etdiklərini, 1700-ə yaxın medal qazandırlarını bildirərək qeyd edib: “Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir.” İlin ən böyük yarışı Yay Olimpiya Oyunlarında idmançılarımız böyük uğurlara imza atıblar. İki yüzdən çox milli komandanın iştirakı ilə keçirilən Olimpiya Oyunlarında ölkəmiz komandalar arasında 30-cu yerdə, müsəlman ölkələri arasında isə Azərbaycan üçüncü yerdə qərarlaşıb. Bu, ən yüksək nəticədir, böyük nailiyyətdir.

İdmançılarımız Azərbaycan xalqını öz qələbələri ilə daim sevindirirlər. Azərbaycan Prezidenti İlham çıxışında söyləyib: “İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var. Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır. Nəzərə alsaq ki, bu Yay Olimpiya Oyunlarında Azərbaycan müzəffər ölkə kimi, qalib ölkə kimi iştirak edirdi, idmançılarımız isə müzəffər xalqın nümayəndələri kimi iştirak edirdilər. Əlbəttə ki, bu vətənpərvərlik amili daim diqqətdə olmalıdır.” Eyni zamanda Cənab İlham Əliyev qeyd edib: “Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman nə qədər vacibdirsə, bir o qədər də hərbi hazırlıq və fiziki hazırlıq vacibdir. Fiziki güc mənəvi saflığa da yol açır və şadam ki, bizim idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə də nümunədirlər, örnəkdirlər. Onların davranışı, cəmiyyətdəki fəaliyyəti məni və əminəm ki, bütün xalqımızı sevindirir. Azərbaycan gənci məhz belə olmalıdır – vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci.”

Cənab İlham Əliyev “Bizim bundan sonrakı fəaliyyətimiz təbii ki, idmanın inkişafı ilə bağlı olacaq.” deyərək bunun üçün bütün lazımi qərarların verildiyini, bütün müvafiq strukturların, federasiyaların, klubların, idman cəmiyyətlərinin, Olimpiya Komitəsinin, nazirliyin vahid strategiya əsasında fəaliyyət göstərmələrinin vacibliyini bildirib. Bölgələrdə, xüsusilə də azad edilmiş ərazilərdə idman infrastrukturunun genişləndirilməsi, yenidən qurulması istiqamətində görülən işlərlə bağlı məlumat verən dövlətimizin başçısı qeyd edib ki, bununla bağlı ardıcıl işlər bundan sonra da həyata keçiriləcəkdir.

Çıxışında möhtərəm Prezidentimiz 2025-ci ildə Azərbaycan növbəti böyük idman yarışına MDB Oyunlarına ev sahibliyi edəcəyini bildirib. Oyunlar Gəncə şəhərində keçiriləcəkdir. Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq.
Nizami yurdu olan Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim etmək üçün indidən bütün lazımi hazırlıq işlərinə başlanılmışdır. Azərbaycan Prezidenti bu Oyunlarda da ev sahibi kimi Azərbaycan idmançılarının, xüsusilə də gənc idmançıların yaxşı nəticələr göstərəcəklərinə əminliyini ifadə edib.

Azərbaycan Prezidenti İlham Əliyev: “Əminəm ki, bu şanlı Qələbəmiz hər bir Azərbaycan gənci üçün əlavə ruhlandırma amili olacaq. Biz döyüş meydanındakı Zəfərimizə idman qələbələrini də əlavə etdik və bu, əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Çünki idmanın inkişafı hər bir ölkənin ümumi inkişafının nümayişidir, onu əks etdirir. Azərbaycan güclü dövlətdir, öz gücünə əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir və bu, bizim böyük sərvətimizdir.”

Həmidə Ələfsərova,
Kimya-biologiya təmayüllü Respublika liseyinin həkim-pediatrı, Nizami rayon fəalı

Oxşar Xəbərlər

Back to top button