GündəmSosial

“Qarabağda ictimai vəkillik platforması” adlı dəyirmi masa keçirilib

Gənclər İnkişaf Naminə İctimai Birliyinin təşkilatçılığı ilə keçmiş məcburi köçkünlərin və qaçqınların hüquqlarının qorunmasına dair “Qarabağda ictimai vəkillik platforması” layihəsi çərçivəsində sonuncu dəyirmi masa baş tutub.

Reportyorinfo.az xəbər verir ki, İctimai Birliyin sədri Rəvan Cəfərli bildirib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yüzminlərlə azərbaycanlı 30 il ərzində doğma torpaqlarından didərgin düşüb, məcburi köçkünlük həyatı yaşayıb. Onların evləri dağıdılıb, yaşayış yerləri minalanıb. Vətən müharibəsi və 2023-cü ilin sentyabrındakı antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Bu gün Böyük Qayıdış prosesi nəticəsində keçmiş məcburi köçkünlər öz doğma yurd yerlərinə qayıdır.

Daha sonra isə dəyirmi masa iştirakçılarına söz verilib və müzakirlər davam edib.
Layihənin eksperti, əməkdar jurnalist və İƏİK İB-nin sədri professor Şəlalə Həsənova bildirib ki, tarixi torpaqlarımız olan Qərbi Azərbaycana dinc qayıdış hər bir azərbaycanlının arzusudur. Ermənistan dövləti multikultural reinteqrasiyada maraqlı olmalı, azərbaycanlı qaçqınların öz evlərinə qayıdışını təmin etməlidir.

Müzakirələrin davamında Əbdürrəhim bəy Haqverdiyev Mərkəzinin rəhbəri Eldar Məlik Abbas, Həsən bəy Zərdabi İrs Mərkəzinin rəhbəri Seymur Bayramov, Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin dekan müavini Eltac Cəbiyev, Azərbaycan Qadın Sahibkarlarının Assosiasiyasının sədri Vəfa Əfəndiyeva, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva, Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Qəmzə Qusubova, Qlobal Sahibkarlıq Şəbəkəsi Azərbaycan İB-nin icraçı direktoru Zakir Quliyev, Dünya Azərbaycanlıları Gənclər Təşkilatının baş katibi Nəzrin Süleymanova, Nigar Xudiyeva, Lalə Məmmədova, Kərim Boyaqçızadə, Azad Manaflı, Elmir Zahidli, Sosial Məsələlərin Həllinə Kömək İctimai Birliyinin sədri Nərmin Daşdəmirbəyli, Elvin Məmmədov və Samir Əliyev çıxış edərək öz dəyərli fikirlərini bölüşüb və Azərbaycanın multikulturalizm modelinin nümunəvi xarakter daşıdığını bildiriblər.

Qeyd edək ki, layihə çərçivəsində “Qarabağda İctimai Vəkillik Platforması” yaradılıb və platforma üzərindən mədəniyyətlərarası dialoq, dini etiqad azadlığı, vətəndaş hüquqları, humanizm və multietnik münasibətlərə dair geniş təbliğat işləri aparılır. Həmçinin Qarabağa qayıdış prossesində iştirak edən və hazırda ali təhsil müəssisələrində təhsil alan gənclərlə görüşlər təşkil edilir. Gənclərlə görüş zamanı dini dözümlülük, tolerantlıq, birgəyaşayış, humanizm, hüquqi və psixoloji baxış və s. mövzularda maarifləndirmə işləri aparılır. Həmçinin “Qarabağda Multikulturalizm” adlı kitab hazırlanıb və kitabın təqdimatı baş tutub.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Oxşar Xəbərlər

Back to top button