
Azərbaycan Respublikası əsası 3 oktyabr 2009-cu ildə Naxçıvan Muxtar Respublikasında qoyulmuş Türk Dövlətlər Təşkilatı (TDT) ilə əlaqələrinə hər zaman xüsusi diqqətlə yanaşıb və bu istiqaməti öz xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Azərbaycan TDT-yə sözügedən təşkilata üzv və müşahidəçi ölkələrlə əməkdaşlığını genişləndirmək və dərinləşdirmək üçün vacib bir platforma kimi yanaşır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası TDT-nin nüfuzunun artırılması və bu çərçivədə ciddi nailiyyətlərin əldə olunması istiqamətində mütəmadi olaraq yeni-yeni təklif və təşəbbüslərlə çıxış edir və bununla da təşkilatın funksionallığının gücləndirilməsi işinə öz müstəsna töhfəsini verir. “Demək olar ki, keçən dövr ərzində siyasi, iqtisadi, humanitar, mədəni və digər bütün sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində çox böyük nailiyyətlər də əldə olunub.
Azərbaycan Türk Dövlətləri Təşkilatının yaradılmasında yaxından iştirak etdiyi kimi həm də onun güclənməsində və dünya arenasında layiqli yer tutmasındakı fəaliyyətlə də xüsusi olaraq seçilən dövlətlərdəndir”.Ümumiyyətlə, bu təşkilat türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsi və onların dünya siyasətində güc olaraq ortaya çıxması baxımından əhəmiyyətlidir. Eyni zamanda, türk respublikaları arasında bütün istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi cəhətdən də faydalı təşkilatdır”.Azərbaycan üçün Türk Dövlətləri Təşkilatı və ümumilikdə türk dünyasının birliyi, tarixi, mədəni və strateji bir əhəmiyyət kəsb edir.
Türk dövlətləri ilə əlaqələrin təkmilləşdirilməsi, sosial-iqtisadi sahədə əməkdaşlığın artırılması, strateji layihələrin həyata keçirilməsi ölkəmizin də beynəlxalq arenadakı mövqelərini gücləndirir. Həmçinin, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə enerji, nəqliyyat, maliyyə, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıq Azərbaycana həm xarici ticarət həcmini artırmağa, həm də regional sabitliyə töhfə verməyə də imkan verir. Türk Dövlətləri Təşkilatının perspektivdə daha da güclənərək xarici təzyiqlərə davam gətirə biləcək, güclü və dayanıqlı bir təşkilata çevriləcəyi, ümumiyyətlə, Avrasiya coğrafiyasında əhəmiyyətli bir geosiyasi aktor olacağı ilə bağlı da hansısa şübhə yoxdur”.Tam əminliklə demək olar ki, “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunmuş Qəbələ toplantısı həm təşkilatın gündəliyində duran aktual məsələlərin müzakirəsi üçün mühüm platformaya çevrildi, həm də ümumən TDT-nin qlobal məkandakı yeri və rolunun artım trayektoriyasını vurğuladı.
Tədbir sübut etdi ki, quruma üzv dövlətlər də belə bir trayektoriyanın əhəmiyyətini, kifayət qədər, ciddi nəzərdən keçirirlər.Dolğun ifadəsi baxımından Prezident İlham Əliyevin bildirdikləri daha səlis və məntiqidir. Dövlətimizin başçısı Zirvə görüşündəki çıxışında ilk olaraq bunu bildirdi: “Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir”.Ümumiləşdirmə apararaq deyə bilərəm ki, Azərbaycan 44 günlük müharibədəki qalibiyyəti ilə gücdən sülh naminə bəhrələnmənin nümunəsi olduğunu sübuta yetirdi. TDT-nin Qəbələ Zirvəsi ölkəmizin bu nümunəsinin qurum üçün də başlıca prioritetə çevrildiyinin bəyan platforması kimi yadda qaldı. Heç şübhəsiz, ölkəmizin sədrliyi ilə qurum sözügedən prioriteti əməli iş müstəvisində dolğunlaşdırmağı da bacaracaq.
Ramin Əliyev
Yeni Azərbaycan Partiyası, məsləhətçi