AnalitikaGündəm

Qarşılıqlı dəstək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Pakistan İslam Respublikasına dövlət səfərinə gedib.Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Azərbaycan Prezidentinin şərəfinə toplardan yaylım atəşi açıldı.Prezident İlham Əliyevi Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif qarşıladı.Sonra Azərbaycan Prezidenti və Pakistanın Baş naziri görüşdülər.Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi. Pakistanın və Azərbaycanın daim bir-birini dəstəkləməsi, xüsusilə torpaqlarımız otuz il ərzində işğal altında olduğu dövrdə Pakistanın ölkəmizə siyasi dəstəyi, Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi, beynəlxalq hüququn prinsiplərini rəhbər tutması yüksək qiymətləndirildi.Hazırda ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin, investisiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olundu.Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.Burada imzalanan sənədlərin olduqca böyük miqyaslı, müxtəlif çeşidli olması göstərir ki, ölkələrimiz arasındakı münasibətlər bundan sonra daha geniş olacaq və inkişaf edəcək. Bizim hərbi, siyasi, iqtisadi, mədəni, elm sahələrində əməkdaşlığımızı daha da genişləndirmək üçün bu müqavilələr imzalandı. Bu, Pakistanın Azərbaycana daha da yaxınlaşmasına imkan yaradacaq.

Abdullayeva Ülviyyə,
YAP Şuşa rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button