
Qlobal Bakı Forumu son illər ərzində dünyanın ən mühüm beynəlxalq platformalarından birinə çevrilib. Forumun əsas məqsədi qlobal gündəlikdəki müxtəlif məsələləri müzakirə etmək, dünya ictimaiyyətini bir araya gətirmək və müasir problemlərə həll yolları tapmaqdır.
Bu forumda dünya liderləri, dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, akademiklər, mütəxəssislər və digər maraqlı tərəflər bir araya gələrək, dünyada baş verən siyasi, iqtisadi, sosial və mədəni dəyişiklikləri müzakirə edirlər.
Qlobal Bakı Forumu xüsusən də regional və beynəlxalq əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə keçirilən bu tədbir ölkənin beynəlxalq diplomatiyasını gücləndirir və qlobal məsələlərə dair konstruktiv fikir mübadiləsi üçün zəmin yaradır. Forumda müzakirə olunan mövzular arasında iqtisadi inkişaf, enerji təhlükəsizliyi, təhlükəsizlik məsələləri, qlobal miqrasiyalar, texnoloji yeniliklər və iqlim dəyişikliyi kimi mühüm mövzular yer alır.
Bu Forumunun əhəmiyyəti yalnız regional deyil, eyni zamanda beynəlxalq səviyyədə də dərin izlər buraxmaqdadır. Forumda ortaya çıxan ideyalar, tez-tez dünya miqyasında qəbul edilən qərarlara təsir edir və qlobal siyasətə yön verir. Həmçinin Azərbaycana beynəlxalq arenada sözünü demə imkanlarını genişləndirir və ölkəni beynəlxalq məsələlərin müzakirə edildiyi əsas mərkəzlərdən birinə çevirir.
Eyni zamanda Qlobal Bakı Forumu dünya ölkələri arasında dialoqun inkişaf etdirilməsi və qarşılıqlı anlaşmanın artırılması baxımından əvəzsiz bir rol oynayır. Burada əldə edilən razılaşmalar və tövsiyələr, qlobal çağırışlara qarşı birgə mübarizə aparmaq üçün ölkələr arasında əməkdaşlığı gücləndirir. Qlobal Bakı Forumu beynəlxalq platformaların möhkəmləndirilməsi və qlobal məsələlərin həlli istiqamətində öz dəyərli töhfələrini verir.
Aida Əliyeva,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi