AnalitikaGündəmSiyasət

Qlobal Dialoq Platforması: COP29-dan WUF13-ə

Mayın 18-də Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə təşkil olunmuş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi açılış mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə geniş və konseptual nitq söyləyərək, ölkəmizin müasir şəhərsalma modelini, tarixi irsin qorunması ilə modernizasiyanın sintezini və azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa işlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Bu çıxış Azərbaycanın qlobal urbanizasiya proseslərinə verdiyi strateji töhfənin bariz göstəricisidir.

Dövlət başçısı öz çıxışında Bakının artıq qlobal müzakirələrin mərkəzinə çevrildiyini xüsusi vurğulamışdır. COP29 sammitindən sonra ölkəmizdə keçirilən ikinci ən böyük beynəlxalq miqyaslı tədbir olan WUF13-ə 182 ölkədən 45 mindən çox iştirakçının qatılması Azərbaycana olan beynəlxalq etimadın göstəricisidir. Prezident qeyd etmişdir ki, Azərbaycan Şərqlə Qərbin, Avropa ilə Asiyanın kəsişməsində yerləşərək, fərqli mədəniyyətlərin və memarlıq məktəblərinin harmoniyasını özündə birləşdirən unikal bir məkandır. Keçmişlə Gələcəyin Harmoniyası: Bakı Modeli Prezident İlham Əliyev şəhərsalma prosesində tarixi irsin qorunmasının vacibliyinə toxunaraq, Bakı şəhərini qədimliklə müasirliyin canlı harmoniyası kimi xarakterizə etmişdir. Altıncı əsrə aid Qız qalası və İçərişəhər divarlarının müasir infrastrukturla qonşuluğu, əcdadlarımızın memarlıq irsinə verilən yüksək dəyərin nümunəsidir.

“Şəhərsalma sahəsində qərar qəbul edən liderlər həm cəsarətli, həm də ehtiyatlı olmalıdırlar.”Dövlət başçısı bu fikri Formula-1 pilotlarının İçərişəhərin dar küçələrindən keçərkən göstərdiyi peşəkarlıqla bənzətmə edərək ifadə etmiş, şəhərlərin böyüməsi zamanı tarixi kimliyin itirilməməsinin önəmini vurğulamışdır. Eyni zamanda, Bakının keçmiş “Qara şəhər” sənaye zonasının bu gün dünyanın ən ekoloji və müasir yaşayış sahələrindən birinə – “Ağ Şəhər” (White City) layihəsinə çevrilməsi müasir ekoloji şəhərsalmanın uğurlu modeli kimi təqdim olunmuşdur. Böyük Qayıdış və Qarabağda “Ağıllı Urbanizasiya” Çıxışın ən mühüm və təsirli hissələrindən biri işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma işlərinə həsr olunmuşdur.

Prezident 30 illik işğal dövründə tamamilə dağıdılmış və yerlə-yeksan edilmiş şəhər və kəndlərin indi “Böyük Qayıdış” proqramı çərçivəsində sıfırdan bərpa edildiyini bildirmişdir. Son 5 il ərzində görülən nəhəng işlərin bəzi statistik göstəriciləri diqqətə çatdırılmışdır: Bölgədə ümumi uzunluğu 70 kilometrdən çox olan tunellər inşa edilmişdir (daha 5 kilometr tamamlanmaq üzrədir).Planlaşdırılan 500 körpüdən 435-i artıq tam istifadəyə verilmişdir. 3 beynəlxalq hava limanı, müasir su-elektrik stansiyaları və dəmir yolları şəbəkəsi qurulmuşdur. Bu ərazilərdə şəhərsalma işləri ən müasir “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyalarına uyğun aparılır. Məqsəd yalnız binaların tikilməsi deyil, həm də ekoloji təmiz nəqliyyat, mikromobillik və əhalinin məşğulluğunu təmin edəcək sənaye zonalarının yaradılmasıdır. Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumundakı çıxışı Azərbaycanın milli inkişaf strategiyasının dayanıqlı və qlobal trendlərə uyğun olduğunu bir daha sübut etdi.

Dövlət başçısının bəyan etdiyi prinsiplər göstərir ki, şəhərsalma sadəcə infrastruktur layihəsi deyil, insan amilini, onun rahatlığını, təhlükəsizliyini və mənəvi irsini mərkəzdə saxlayan böyük bir konsepsiyadır. Bakı platforması şəhərlərin gələcək inkişafı üçün yeni qlobal reallıqlar diktə edir. Prezident İlham Əliyev, eyni zamanda, qeyd etdi ki, son 20 il ərzində biz Bakıda 100 park və ictimai yer, bağlar yaratmışıq. Onların 19-u tam yenilənib, ictimai nəqliyyata, mikromobilliyə, metro və elektrik enerjisi ilə işləyən müasir avtobuslara sürətli çıxışı olan və ətraf mühitə uyğun şəhərlər paytaxt və nəinki paytaxt üçün, bütov konsepsiyanın tərkib hissələri kimi icra olunur.

Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir. Birmənalı olaraq bu cür mühüm toplantı və BMT-dən olan dostlarımızın, səfərə gələn çoxsaylı qonaqların ekspert bacarıqlar bizə daha çox öyrənmək, bir-birimizdən bilik əldə etmək, müsbət təcrübə ilə tanışlıq üçün və həmçinin səhvlərimiz haqqında danışmaqda yardımçı olacaq.

Abdullazadə Türkanə Namiq qızı,
Xəzər rayonu, 183 №-li tam orta məktəbin müəllimi

 

 

 

Oxşar Xəbərlər

Back to top button