
Martın 12-də Bakıda, “Gülüstan” sarayında keçirilənXIII Qlobal Bakı Forumu beynəlxalq siyasi gündəmdəduran ən aktual məsələlərin müzakirə olunduğumühüm platformalardan birinə çevrildi. CənabPrezident İlham Əliyev forumun açılış mərasimindəçıxış edərək qlobal təhlükəsizlik, regional sülh, enerjitəhlükəsizliyi və nəqliyyat əlaqələri kimi vacibmövzulara toxundu. Dövlət başçısının çıxışı təkcəAzərbaycanın mövqeyini ifadə etmədi, həm də müasirbeynəlxalq münasibətlər sistemində baş verəndəyişikliklərlə bağlı mühüm siyasi mesajlar verdi.
Forumun əhəmiyyətindən danışan cənab Prezidentİlham Əliyev bildirdi ki, bu tədbir artıq qlobalmiqyasda böyük nüfuz qazanıb: “Qlobal Bakı Forumuçox nüfuzlu beynəlxalq tədbirdir və qlobal səviyyədəaparıcı beynəlxalq forumlarla eyni səviyyədədir”. Dövlət başçısı qeyd etdi ki, forum yalnız siyasimüzakirə platforması deyil, eyni zamanda qlobalproblemlərin həlli üçün fikir mübadiləsinin aparıldığımühüm mərkəzdir. Onun sözlərinə görə, müxtəlifölkələrdən gəlmiş dövlət və hökumət rəhbərləri, diplomatlar, ictimai xadimlər və ekspertlər burada biraraya gələrək dünya üçün əhəmiyyətli ideyalar irəlisürürlər. Bu yanaşma Azərbaycanın son illərdə həyatakeçirdiyi diplomatik platforma siyasətinin mühümnəticələrindən biridir. Qlobal Bakı Forumu vasitəsiləAzərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanıkimi mövqeyini daha da gücləndirir.
Ölkə Prezidenti çıxışında hazırkı dövrdə təhlükəsizlikməsələlərinin bütün ölkələr üçün əsas prioritetolduğunu vurğuladı: “İndi heç vaxt olmadığı qədəraydındır ki, təhlükəsizlik, sabitlik və müdafiəməsələləri hər bir ölkənin gündəliyində bir nömrəliprioritet olmalıdır”. Bu fikir müasir dünyada artangərginliklərin, regional münaqişələrin və geosiyasiqarşıdurmaların nəticəsi kimi qiymətləndirilir. Dövlətbaşçısının fikrincə, təhlükəsizlik təmin edilmədəniqtisadi inkişaf, sosial rifah və beynəlxalq əməkdaşlıqkimi sahələrdə irəliləyiş əldə etmək çətin olur. Bubaxımdan qlobal təhlükəsizlik sisteminin yeniyanaşmalara ehtiyacı var. Cənab Prezident İlhamƏliyevin çıxışında əsas mövzulardan biri Azərbaycanınmünaqişədən sülh mərhələsinə keçid təcrübəsi oldu. O qeyd etdi ki, ölkə uzun illər işğal şəraitində yaşayıb: “Təxminən 30 il ərzində ərazimizin təxminən 20 faiziişğal altında olmuşdur”. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyübeynəlxalq hüququn prinsiplərinə əsaslanaraq bərpaedilib: “Biz işğal olunmuş əraziləri güc vasitəsilə azadetdik və sülhə siyasi yollarla nail olduq”. Bu yanaşmaAzərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyininümayiş etdirir. Prezidentin sözlərinə görə, bu prosesüç mərhələdən ibarət xüsusi bir təcrübə formalaşdırıb: işğal şəraitində yaşamaq, hərbi yolla suverenliyinbərpası və müharibədən sonra sülh quruculuğu. Bumodel müasir geosiyasi münaqişələrin həllibaxımından mühüm nümunə hesab olunur.
Cənab Prezident İlham Əliyev Azərbaycanın regiondasülhə sadiq olduğunu xüsusi vurğuladı və bildirdi: “Sülhdən daha yaxşı heç nə yoxdur”. Onun sözlərinəgörə, Azərbaycan münaqişə başa çatdıqdan sonraErmənistanla münasibətlərin normallaşdırılmasıistiqamətində addımlar atıb. Dövlət başçısı qeyd etdiki, sərhəddə sabitlik formalaşıb və artıq hərbitoqquşmalar baş vermir. Prezident həmçinin vurğuladıki, Azərbaycan humanitar və iqtisadi addımlar ataraqregional əməkdaşlığın inkişafına töhfə verir: “BizErmənistana müxtəlif istiqamətlərdən mallarındaşınmasına qoyulmuş bütün məhdudiyyətləri aradanqaldırdıq”. Bu siyasət Cənubi Qafqaz regionunda yeniəməkdaşlıq mərhələsinin yaranmasına imkan yaradır.
Cənab Prezident çıxışında enerji təhlükəsizliyiməsələsinə də xüsusi diqqət yetirdi: “Enerjitəhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmazhissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəmdaşıyır”. Azərbaycan hazırda neft, qaz, neft-kimyaməhsulları və elektrik enerjisi ixrac edən mühüm enerjiölkələrindən biridir. Dövlət başçısının sözlərinə görə, Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı artıq 16-ya çatıb. Bu fakt ölkəmizin Avropa və digər regionlarüçün etibarlı enerji tərəfdaşı olduğunu göstərir.
Ölkə Prezident İlham Əliyev çıxışında nəqliyyat vəlogistika məsələlərinə də toxundu. O qeyd etdi ki, qlobal münaqişələr tədarük zəncirlərində problemləryaradır və buna görə də yeni nəqliyyat marşrutlarınınyaradılması vacibdir. Azərbaycan bu sahədə mühümrol oynayır: “Biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləriüzrə əvəzolunmaz tərəfdaşıq”. Bu nəqliyyat dəhlizlərivasitəsilə Azərbaycan Avropa ilə Asiyanı birləşdirənəsas tranzit mərkəzlərindən birinə çevrilir. Prezidenthəmçinin bildirdi ki, gələcəkdə Ermənistan ərazisindənkeçən yeni marşrutların formalaşması da region üçünqarşılıqlı faydalı imkanlar yarada bilər. Azərbaycanınbeynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsindəqazandığı təcrübəyə də toxundu və qeyd etdi ki, ölkəartıq mühüm qlobal platformaların təşkilatçısınaçevrilib. Ümid edirəm ki, bir neçə aydan sonra Bakıdasizlərlə görüşüb dünyada sülh, sabitlik vətəhlükəsizliyin təmin olunması kimi ortaqməqsədimizə dair müzakirələrimizi davam etdirəcəyik. Bu fikir Azərbaycanın beynəlxalq siyasətdə dialoq vəəməkdaşlıq platforması kimi rolunu daha damöhkəmləndirdiyini göstərir.
Beləliklə, cənab Prezident İlham Əliyevin XIII QlobalBakı Forumunda səsləndirdiyi fikirlər bir neçə mühümstrateji mesajı əhatə edir: qlobal təhlükəsizliksistemində yeni yanaşmaların vacibliyi, Azərbaycanınmünaqişədən sülhə keçid təcrübəsinin beynəlxalqsəviyyədə nümunə ola bilməsi, enerji təhlükəsizliyi vənəqliyyat dəhlizlərinin XXI əsrin əsas geosiyasifaktorları kimi çıxış etməsi, həmçinin Cənubi Qafqazregionunda sülh və əməkdaşlıq üçün yeni imkanlarınyaranması. Bu baxımdan Qlobal Bakı Forumu yalnızmüzakirə platforması deyil, həm də beynəlxalqsiyasətdə yeni ideyaların formalaşdığı mühüm mərkəzkimi çıxış edir.
Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəalı



