AnalitikaGündəm

Qubadlının işğaldan azad edilməsi Azərbaycan xalqının iradəsinin qələbəsi olaraq hər il qürurla qeyd edilir

Bu gün Azərbaycan xalqı öz tarixi Qarabağ torpaqlarının Ermənistan silahlı qüvvələrinin təcavüzündən qurtulmasının ildönümlərini qürurla qeyd edir. 2020-ci il oktyabrın 25-də Qubadlıda erməni əsarətinə son qoyulub. 31 iyul 2023-cü ildə imzalanmış Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 25 oktyabr “Qubadlı Şəhəri Günü” kimi qeyd edilir. Ölkə başçımızın da dediyi kimi, peşəkarlıq, qəhrəmanlıq, planlaşdırma, güclü iradə, milli ruh, texniki təchizat və xalq-iqtidar birliyi kimi amillər bizə qələbəni gətirib. Artıq Azərbaycan suveren bir dövlət kimi inkişafını uğurla davam etdirir.

Bu gün işğaldan azad edilmiş ərazilərdə görülən bütün işlər yalnız bir məqsəd naminə – keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına, dədə-baba yurdlarına qayıda bilmələri üçün həyata keçirilir. Azərbaycan çox qısa müddətdə ərazi bütövlüyünü bərpa etdiyi kimi, məskunlaşmanı və Böyük Qayıdışı da tezliklə təmin edəcəkdir. Artıq Azərbaycan suveren bir dövlət kimi inkişafını uğurla davam etdirir.

Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı həyata keçirdiyi Qubadlı əməliyyatı yüksək peşəkarlıq və fədakarlıq tələb edirdi. Düşmənin möhkəmləndirilmiş istehkamları və strateji yüksəkliklərdə yerləşən hərbi qüvvələrinə qarşı aparılan mübarizə nəticəsində, oktyabrın 25-də Qubadlı tam azad edildi. Bu zəfər rayona gələcək inkişaf üçün yeni üfüqlər açdı. Qeyd olunmalıdır ki, azad edilmiş Qubadlıda geniş infrastruktur layihələri icra olunur. Enerji təchizatının dayanıqlı təminatı məqsədilə inşa olunan yarımstansiyalar rayonda 2050-ci ilə qədərki inkişafı dəstəkləyəcək. İqtisadi potensialı artırmaq məqsədilə Prezident İlham Əliyevin tapşırığı ilə Qubadlı-Eyvazlı avtomobil yolu və Xudafərin-Qubadlı-Laçın yolunun tikintisi həyata keçirilir. 2021-ci ildə yaradılan “Qubadlı” gömrük postu ilə sərhəd təhlükəsizliyi və qanunsuz ticarətə qarşı mübarizə gücləndirilmişdir.

Həsənova Səbinə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button