
Qubadlı qədim tarixi abidələri, zəngin mədəni irsi və özünəməxsus adət-ənənələri ilə tanınan Azərbaycan torpağıdır. Rayon ərazisində qədim dövrlərə aid türbələr, qalalar və yaşayış məskənləri mövcuddur. Hacı Bədəl körpüsü, Qubadlı məscidi və digər abidələr xalqımızın maddi mədəniyyət tarixinin silinməz izləridir.
Təəssüf ki, 27 illik işğal dövründə erməni işğalçısı bu tarixi irsi məhv etməyə, izini itirməyə çalışmışdır. Bir çox abidələrimiz dağıdılmış, təhqir olunmuş və ya mənimsənilməyə cəhd edilmişdir. Lakin Azərbaycan dövləti hər zaman bu abidələrin qorunması və bərpası istiqamətində qətiyyət nümayiş etdirmişdir.
İşğaldan azad olunduqdan dərhal sonra mütəxəssislər tərəfindən Qubadlıdakı tarixi və mədəni abidələrin monitorinqinə başlanıldı. Dağıdılmış abidələrin ilkin görkəminin bərpası üçün layihələr hazırlanır. Bu tədbirlər xalqımızın qədim tarixinə və mədəniyyətinə olan sonsuz ehtiramının göstəricisidir.
Gələcək nəsillər üçün bu abidələrin qorunub saxlanılması və tanıdılması mühüm vəzifələrdəndir. Qubadlı yenə də öz tarixi abidələri ilə qürur duyacaq və Azərbaycan mədəniyyətinin incisi kimi parlayacaqdır. Zəfər sayəsində mədəni irsimizə sahib çıxmaq hüququmuz tam bərpa olundu.
Nüşabə Məmmədova,
YAP Nizami rayon təşkilatının “Ə.Kürçaylı küçəsi, 17” ərazi partiya təşkilatının sədr müavini



